Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:08

“AQO” qrupu Azərbaycana səfərin yekunları barədə hesabat verdi


Səs: Real audio
Londondakı partlayışlarda azərbaycanlıların zərər çəkib-çəkmədiyi məlum deyil İyulun 7-də Avropa Şurası Nazirlər Komitəsi “AQO” qrupunun Ermənistan və Azərbaycana ötən həftəki səfərinin yekunları barədə hesabatı dinləyib.



Qrup prezidentin 11 may 2005-ci il tarixli “Seçki praktikasının təkmilləşdirilməsi haqqında” sərəncamını alqışlayıb: “Əgər buna əməl olunsa, Azərbaycanda demokratiya təcrübəsi irəliləyər”. Hesabatda hakim və müxalifət partiyaları arasında dialoq, müxalifətin sərbəst yürüş keçirməsi xüsusi qeyd olunub.



“AQO” bir neçə müxalifət funksionerinin üzərindən məhkumluğun götürülməsini təqdir edib.



“AQO” qrupu iyunun 29-dan iyulun 2-dək Bakıda olub. Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini necə yerinə yetirməsini öyrənib. Qarşıdan gələn parlament seçkiləri diqqət mərkəzində olub.
XS
SM
MD
LG