Səs: Real audio
Londondakı partlayışlarda azərbaycanlıların zərər çəkib-çəkmədiyi məlum deyil - “Azərenerji” Səhmdar Cəmiyyəti “Barmek” və “Bayva”nın fəaliyyətindən narazıdır.
“Azərenerji”nin prezidenti Etibar Pirverdiyev bu şirkətlərin müqaviləsinə yenidən baxılması üçün baş nazirə müraciət etdiklərini deyib. Onun sözlərinə görə, “Barmek” və “Bayva”nın idarəetmə sistemində problemlər var, sərmayə qoyulaşlarırını da müqavilədə göstərildiyi qədər yerinə yetirmirlər, əlavə olaraq dövlətdən də vəsait tələb edirlər.
“Barmek–Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevsə deyir ki, onlar öz öhdəliklərini yerinə yetirirlər və baş nazirə müraciət haqda onlarda məlumat yoxdur.
- Göyçay və Ağdaş rayonlarında səfərdə olan prezident İlham Əliyev qış aylarında elektrik enerjisi ilə bağlı problemlərin olmayacağını deyib. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanda yeni 52 kiçik elektrik stansiyası tikiləcək.
- İyulun 7-də prezident Avropa İttifaqına ixrac olunan balıq və dəniz məhsullarının sertifikatlaşdırılması haqqında fərman verib. Fərmana görə, sertifikatları İqtisadi İnkişaf Nazirliyi verəcək.
- Amerikanın sahillərinə qasırğa yaxınlaşması haqda xəbərdən sonra xam neftin qiyməti rekord qiymətə – 62 dollara yaxınlaşıb. Azərbaycan neftinin “Azeri Light” növünün qiyməti isə 60 dollar olub. Qiymət artımına OPEK nümayəndələrinin bəyanatları da təsir göstərib. “Financial Times” qəzetinin Səudiyyə Ərəbistanı hökumətinə istinadən verdiyi məlumata görə, OPEK Qərb ölkələrinin artan neft tələbatını 10-15 ildən sonra ödəyə bilməyəcək.
- Beynəlxalq Bankdan aldığımız məlumata görə, 1 dollar 4704 manat, 1 avro 5608 manat, rubl isə 163 manatdır.