Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:55

Azərbaycanın Britaniyadakı səfirliyində xüsusi təhlükəsizlik tədbirləri görülüb


Səs: Real audio
Londondakı partlayışlarda azərbaycanlıların zərər çəkib-çəkmədiyi məlum deyil Londondakı partlayışlar zamanı bu şəhərdə yaşayan azərbaycanlıların zərər çəkib-çəkmədiyi haqda hələlik məlumat yoxdur. Bunu Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi Mahir Xəlifəzadə «Azadlıq» radiosuna bildirdi. Onun sözlərinə görə, səfirlikdə xüsusi təhlükəsizlik tədbirləri görülüb: «Səfirlik işçiləri arasında xəsarət alanlar yoxdur».



Cənab Xəlifəzadə deyir ki, Londonda təxminən 10 minə yaxın azərbaycanlı yaşayır. «Səfirliyin telefon nömrələri açıqdır. Hər hansı bir problem yaranarsa bizə müraciət edə bilərlər» - deyə, o, bildirir.



Diplomatın sözlərinə görə, partlayışların heç biri Azərbaycan səfirliyinin yaxınlığında olmayıb.
XS
SM
MD
LG