Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:01

“İnsan Hüquqları üzrə Yay Məktəbi”


Səs: Real audio
Buna səbəb Mahaçqala-Tarki xəttində partlayışın baş verməsidir İnsan hüquqları ilə maraqlanan gənclər “İnsan Hüquqları üzrə Yay Məktəbi”ndə iştirak edə bilərlər. Məktəb Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ilə İnsan Hüquqları və Humanitar Hüquq üzrə Raul Vollenberq İnstitutu tərəfindən təşkil olunub.



Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin proqram koordinatoru Əfsanə Əzimova deyir ki, “Yay Məktəbi”ndə iştirak etmək istəyən gənclər avqustun 31-dək CV-lərini, yəni tərcümeyi hallarını göndərməlidirlər.



Əfsanə Əzimovanın sözlərinə görə, iki həftə davam edəcək “Yay Məktəbi” Bakıda olacaq. Bütün kurs materialları pulsuz paylanacaq. Kurs iştirakçıları qalmaq, yemək və nəqliyyat xərcləri ilə də təchiz olunacaqlar. Müəllimlər həm Azərbaycan, həm də xaricdən, Raul Vollenberq İnstitutundan ola bilər.



“Yay Məktəbi” Azərbaycan dilində keçirilsə də, iştirakçıların ingilis dilində ümumi anlayışa malik olmaları arzu olunandır. Digər tələb isə iştirakçıların Avropa İnsan Hüquqları Konvensiyası barədə ən azı ümumi biliklərə malik olmasıdır. Kursu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar da veriləcək. Əlavə məlumatı www.aylu.az saytından da oxuya bilərsiz.
XS
SM
MD
LG