Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:18

Partiyalar arasında dialoqun davamı sual altındadır


Səs: Real audio
Mazdok - Qazıməmməd qaz boru kəmərinin 582-ci km-də partlayış baş verib Səkkiz iqtidar və müxalifət partiyası arasında mayın əvvəlində başlanan təmasların davamı sual altına düşüb.



Müsavat partiyasının qərargahına təyin olunmuş növbəti görüş bir müddət müxalifət liderlərinin xarici ölkələrə səfərlərinə görə təxirə salınırdı. Amma indi hamı Bakıda olsa da, növbəti dialoqun vaxtını təyin etmək mümkün olmur.



Müsavat partiyasının təmsilçiləri həmin görüşün vaxtını Yeni Azərbaycan partiyasının nümayəndələri ilə məsləhətləşmələr apardıqdan sonra müəyyənləşdirmək istədiklərini deyirlər. Amma onların hamısı Bakıda olsalar da, vaxtı müəyyən etmək üçün görüşə və ya heç olmasa telefonla danışa bilməyiblər.



Dialoqda iştirak edən müxalifət partiyalarından aldığımız məlumata görə, onlar danışıqlarda konkret mövzunun olmasını istəyirlər.



Demokrat partiyasının sədr müavini Sərdar Cəlaloğlu deyir ki, onlar danışıqların gündəliyində Seçki Məcəlləsi və sərbəst toplaşma azadlığıyla bağlı məsələlər olarsa, diloqu davam etdirəcəklər. ADP rəsmisi hesab edir ki, əgər müzakirə etməyə aktual mövzu yoxdursa, dialoqa da ehtiyac yoxdur.



Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli də deyir ki, onlar konkret məsələləri müzakirə etmək istəyirlər. Bu məsələni əvvəlki görüşlərdə hakimiyyət nümayəndələrinin diqqətinə çatdırdıqlarını deyən AXCP sədrinə görə, qarşı tərəf onların həmin təklifləri müzakirə etmək səlahiyyətində olmadıqlarını bildiriblər.



Belə şaritdə həm müxalifət, həm də hakimiyyət nümayəndələri dialoqun birdəfəlik də olmasa, müvəqqəti dayana biləcəyini istisna etmirlər.



Amma Yeni Azərbaycan partiyası icra katibinin müavini Bahar Muradova bir qədər fərqli mövqedən çıxış edir. O bildirir ki, dialoqda müzakirə olunası xeyli məsələ var və müxalifətin dialoqu iki məsələ üzərində qurması düzgün deyil.



“Turan” informasiya agentliyinin eksperti Zəfər Quliyevsə hesab edir ki, dialoq artıq aktuallığını itirməkdədir və tərəflər arasında razılığın əldə olunmaması dialoqun birdəfəlik dayandırılmasıyla nəticələnə bilər.



Amma seçkiyə start verilməsini hər şeyin bitməsi kimi yozmağın da tərəfdarı olmadığını deyən Zəfər Quliyevə görə, bütün məsələlər hakimiyyətin iradəsindən asılı olduğundan, seçki ilə bağlı məsələlər istənilən vaxt öz həllini tapa bilər.
XS
SM
MD
LG