Səs: Real audio
Mazdok - Qazıməmməd qaz boru kəmərinin 582-ci km-də partlayış baş verib İyulun 6-da gecə saat üç radələrində Dağıstanın Uytac rayonu ərazisində Mazdok - Qazıməmməd qaz boru kəmərinin 582-ci km-də partlayış baş verib. Qəzanın baş verdiyi ərazidə altı metr dərinliyində çala əmələ gəlib.
Dağıstan Fövqəladə Hallar İdarəsinin əməkdaşı Tamerlan Abdullayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Dağıstanın cənub rayonlarına və Azərbaycana verilən təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Onun sözlərinə görə, hazırda Dağıstan Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşları hadisə yerindədirlər. Onlar hadisənin baş vermə səbəblərini araşdırırlar. Boru kəmərinin bərpası isə iki gün davam edəcək.
Xaçmaz Qaz İstismarı və Satışı İdarəsinin rəisi Kamran Zülfuqarov Azərbaycanın şimal rayonlarına təbii qazın dayandırılması ilə bağlı onlara hələlik heç bir məlumat verilmədiyini bildirdi. Onun sözlərinə görə, boruda qalan qazın hesabına şimal rayonları iki gün qazla təmin edilə bilər.