Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14
Rubrikalar

Azərbaycan karateçiləri Dünya kubokuna sahib olublar


Səs: Real audio
Universitet rektorunun bərpa əmrini Namiq Feyziyevə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova təqdim edib - İsveçdə karate üzrə Dünya kuboku yarışları sona çatıb. Yarışda 25 ölkədən 2 mindən artıq karateçi mübarizə aparıb. Azərbaycan yığma komandası 29 idmançı ilə təmsil olunub. Fərdi yarışlarda Azərbaycan komandası 11 qızıl, 7 gümüş və 11 bürünc, komanda yarışlarında isə 4 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb. Ümumi komanda hesabında Azərbaycan yığması birinci yeri tutaraq Dünya kubokunu qazanıb.



- İtaliyada Avropa Yeniyetmələrinin Olimpiya Festivalı davam edir. Azərbaycan 6 idman növündə 25 idmançı ilə təmsil olunur. Gənclər, İdman və Turizm Nazirliyinin əməkdaşı Raqif Abbasovun verdiyi məlumata görə, cüdo birinciliyində mübarizə aparan iki nəfər medal qazanıb.



«Azərbaycan cüdoçuları Zaur Bağırov (55 kq) qızıl medal, Samir Dadaşzadə isə (50 kq) bürünc medal qazanıb. Elə bu idman növündə daha çox yüksək nəticə gözləyirdik. İndi həmin yeniyetmələr böyüklərdən ibarət əvəzedici heyətə əsas namizədlərdir».



- Macarıstanda qılıncoynatma üzrə Avropa çempionatında çıxış edən Azərbaycan idmançıları isə 16 ölkə arasında yalnız 10-cu ola bilib.



- Futbol üzrə Azərbaycan yığma komandasında Məşqçilər Şurası fəaliyyətə başlayacaq. Baş məşqçi Vaqif Sadıxovun daxil olduğu şura 7 nəfərdən ibarətdir. AFFA-nın mətbuat xdmətinin rəhbəri Mikayıl Nərimanoğludan aldığımız məluamata görə, Məşqçilər Şurasının tərkibi iyulun 8-də şuranın ilk iclasında təsdiqlənəcək.



- Tehranda cüdo və kuraş güləşi üzrə beynəlxalq “Fəcr turniri” sona çatıb. Azərbaycan 12 güləşçi ilə təmsil olunub. Üç güləşçi bürünc medalın sahibi olub, kuraş güləşində isə bir nəfər qızıl medal qazanıb.
XS
SM
MD
LG