Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:05

Andreas Qross: "25 yer yox, heç olmasa, 25 faiz demişəm"


Səs: Real audio
Səkkizədək jurnalist prezident təqaüdünə təqdim olunacaq, 10 jurnalistə «Tərəqqi» Medalı veriləcək, 30-40 nəfərsə ya «Əməkdar Jurnalist», ya da «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görüləcəklər Noyabrda keçiriləcək parlament seçkiləri demokratiya üçün həlledici sınaq olacaq. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin sədr müavini Xanne Severinsen qurumun iyulun 5-də Bakıda keçirilən yığıncağının yekunlarına həsr olunmuş mətbuat konfransında belə dedi. O, müəyyən müsbət dəyişikliklərə baxmayaraq Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə geri qaldığını bildirdi: «Xüsusilə də söhbət seçkilər zamanı insanların toplaşmaq və seçmək hüqüqlarının pozulmasından gedir».



Cənab Severinsenin fikrincə, seçkilərin demokratik keçməsinin əsas vasitələrindən biri də medianın azad olmasıdır.



Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross isə parlamentdə müxalifətə 25 yer verilməsini deməsi barədə yerli mətbuatda gedən məlumatlara aydınlıq gətirdi: «Mən müxalifətə 25 yerin verilməsini yox, parlamentdəki yerlərin heç olmasa 25 faizini müxalifətin tutmasının vacibliyini söyləmişəm». Onun sözlərinə görə, parlament prezidentin göstərişlərini yerinə yetirən quruma çevrilməməlidir.



Cənab Qross iyulun 6-da Qazax, Şəki, Gəncə və Qəbələyə getməyi planlaşdırdıqlarını bildiridi. «Bizim üçün Azərbaycan yalnız Bakıdan ibarət deyil. Seçkilərə hazırlığı bölgələrdə daha yaxşı hiss etmək olar. Artıq toplaşmaq azadlığı Bakıda tanınıb. İndi biz bunun rayonlarda necə olmasını öyrənmək istəyirik» - deyə, o, bildirdi.



Digər həmməruzəçi Andres Herkel isə seçki komissiyalarının tərkibi ilə bağlı dəyişikliklərin Seçki Məcəlləsində nəzərə alanmamasına təəssüfləndiyini bildirdi:«Bizim narahatçılığımıza səbəb olan əsas məsələlərdən biri müxalifətin seçki komissiyalarının tərkibinə öz nümayəndələrini sala bilməməsidir». O, insanların toplaşmaq hüququnun regionlarda da təmin olunmasını görmək istədiklərini bildiridi.
XS
SM
MD
LG