Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Otun qiyməti qalxdı, ət və süd də qalxa bilər


Səs: Real audio
Səkkizədək jurnalist prezident təqaüdünə təqdim olunacaq, 10 jurnalistə «Tərəqqi» Medalı veriləcək, 30-40 nəfərsə ya «Əməkdar Jurnalist», ya da «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görüləcəklər Son vaxtlar otun qiyməti xeyli bahalaşıb. Sabirabad, Salyan, İmişli və Beyləqan rayon sakinləri ötən il ot biçini mövsümündə bir ot bağlamasını 3000-3500 manata satırdılarsa, indi ikinci çalım ot bağlaması 4800-5000 manatdır.



Bakının Sabunçu, Xırdalan və Lökbatan bazarlarında ot bağlamasının qiyməti isə 6500-7000 manatdır. Satıcılar deyir ki, onlar rayonlardan Bakıya gətirdikləri hər ot bağlamasına görə sürücüyə 1000 manat, bir ot bağlamasının yüklənməsi və boşaldılması üçünsə fəhləyə 200 manat ödəyirlər.



Bahalaşmanı texnika və yanacaq qıtlığı ilə əlaqələndirənlər çox olsa da, başqa fikirdə olanlar da var. Salyan rayonundan olan sürücü Sabir Qafarov hesab edir ki, otun bahalaşması əsasən pambıq sahələrinin genişlənməsi ilə bağlıdır. Digər satıcılar da bahalaşmanı ot sahələrinin azlığı ilə izah edirlər.



“Turan” informasiya agentliyinin eksperti Hafiz Babayev isə bahalaşmanı daha çox xərclərin artmasıyla əlaqələndirir. Onun sözlərinə görə, bölgələrdən fərqli olaraq otun Bakı və Bakıətrafı bazarlarda baha olması normal haldır və bu, əsasən daşınma xərcləri ilə bağlıdır.



Ot satışı ilə məşğul olan Sabirabad rayon sakini Arif Qəhrəmanov sadalanan amillərlə razıdır. Amma o, bahalaşmanı daha çox təlabatla izah edir.



Yemçilik İnstitutunun direktoru Sərdar Əliyev isə hesab edir ki, otun qiymətində bu il ucuzlaşma olmayacaq. Onun sözlərinə görə, bu il mart-aprel aylarında havalar yağmursuz olduğundan, təbii otlaqlarda ot biçini aparılmayıb. Digər tərəfdən, yem bitkiləri əkilən sahələrin azlığı da bahalaşmaya səbəb olub.



Sərdar Əliyevin fikrincə, indiki bahalaşma gələn il hamını yem bitkiləri əkməyə meylləndirəcək ki, bu da yenidən otun ucuzlaşmasına gətirib çıxaracaq.



İqtisadçı Azər Mehtiyev deyir ki, biçin mövsümündə otun qiymətinin belə bir həddə qalxması bahalaşmanın davam edəcəyindən xəbər verir. Onun sözlərinə görə, bu bahalaşma təxminən payız aylarından başlayaraq ət və süd məhsullarının qiymətlərinə də təsir göstərəcək.
XS
SM
MD
LG