Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:33

Elmar Hüseynovun ad günündə yürüş-mitinq keçiriləcək


Səs: Real audio
Səkkizədək jurnalist prezident təqaüdünə təqdim olunacaq, 10 jurnalistə «Tərəqqi» Medalı veriləcək, 30-40 nəfərsə ya «Əməkdar Jurnalist», ya da «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görüləcəklər Elmar Hüseynovun ad günündə - iyulun 17-də yürüş-mitinq keçiriləcək. Bu qərarı iyulun 5-də Redaktorlar Birliyi və Elmar Hüseynov Fondu verib. Onlar bu yürüş-mitinqin qətlin icraçıları və sifarişçilərinin tapılmamasına etiraz olaraq keçirildiyini, bununla ictimaiyyətin diqqətini Elmar Hüseynovun qatillərinin cəzasız qalmasına yönəltmək istədiklərini deyirlər.



Yürüş-mitinqin Elmlər Akademiyasının qarşısından Elmar Hüseynovun dəfn olunduğu qəbirstanlığa qədər davam etdirilməsi planlaşdırılır. Səslənəcək şüarlarda da qatillərin tapılması tələbləri əks olunacaq. Fondunun həmtəsisçilərindən biri Şahbaz Xuduoğlu deyir ki, bununla istintaqın hazırkı gedişinə etiraz bildirmək istəyirlər.



«Tədbiri başqa formada da etmək olardı. Ancaq indiki halda başqa forma mümkün deyil. Elmar Hüseynovun qətlindən 4 ay keçib, istintaq isə cəmi 5 məlumatla kifayətlənib. Biz milli təhlükəsizlik naziri ilə də görüşmək istəyirik. Ancaq bunun işin irəliləməsinə nə təsiri olacaq ki. Nazir deyəcək ki, bu iş prezidentin nəzarəti altındadır. Ona görə də biz yürüş-mitinqi keçirməliyik. Bu ad günü həm də Elmarı anım günüdür. Bu gün istintaqa etiraz gününə çevrilməlidir».



İstintaq tərəfi bildirir ki, qətlin icraçıları məlumdur, onlar tutulsa, sifarişçi də aydın olacaq. Baş prokuror Zakir Qaralov mətbuata açıqlamasında bunu demişdi:



«Elmar Hüseynovun qətliylə bağlı istintaq davam edir. Teymuraz Əliyev və Tahir Xubanovun axtarışıyla bağlı İnterpol vasitəsilə həm Gürcüstana, həm də başqa dövlətlərə müraciət etmişik. Həmin şəxslər tutulandan sonra sifarişçi də müəyyən olunacaq. Ancaq təəssüflə qeyd etməliyəm ki, həm Elmar Hüseynovun həyat yoldaşı, həm də bu faciədən siyasi manipulyasiyalar üçün istifadə etmək istəyən qüvvələr yenə də heç nəyə əsaslanmayan narazılıqlarını bildirirlər. Guya, dövlət bu cinayət işinin istintaqını lazımi səviyyədə aparmır».



Şahbaz Xuduoğlu isə deyir ki, onların məqsədi bu qətldən hansısa maraq üçün istifadə etmək yox, istintaqın işini sürətləndirməkdir.



«Məsələ burasındadır ki, bu, siyasi qətldir, biz bunu siyasiləşdirmirik. Onlar özləri bu qətldən siyasi məqsəd üçün istifadə olunmasına şərait yaradırlar. Biz hər dəfə istintaqın gedişiylə bağlı məlumat tələb edəndə, bu ittihamları eşidirik. Bizim məqsədimiz sui-istifadə yox, istintaqın sürətləndirilməsinə nail olmaqdır».



Elmar Hüseynovun həyat yoldaşı Ruşanə Hüseynova isə deyir ki, adları çəkilən iki nəfərin həbsindən sonra sifarişçinin müəyyən olunacağına inanmır. Çünki axtrışda olan Tahir Xubanovla Teymuraz Əliyevin qətldə iştirakının hansı dərəcədə olub-olmaması aydın deyil.



«Zakir Qaralov deyir ki, bu adamlar tutulandan sonra sifarişçinin kim olduğu bilinəcək. Mən buna inanmıram. Çünki həmin adamların nə dərəcədə günahkar olduğu hələ məlum deyil. Onları tapacaqlarına əmindirlərmi ki, bundan sonra sifarişçini də müəyyənləşdirəcəklərini deyirlər. Əvvəlcə həmin adamları axtarmaq lazımdır. İstintaq bir iş görmədiyi üçün mən buna inanmıram».
XS
SM
MD
LG