Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Jurnalistlərə veriləcək mükafatlar məlum oldu


Səs: Real audio
Səkkizədək jurnalist prezident təqaüdünə təqdim olunacaq, 10 jurnalistə «Tərəqqi» Medalı veriləcək, 30-40 nəfərsə ya «Əməkdar Jurnalist», ya da «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görüləcəklər Azərbaycan mətbuatının 130 illiyi münasibətilə bir qrup jurnalistə veriləcək mükafatlar artıq məlumdur. Səkkizədək jurnalist prezident təqaüdünə təqdim olunacaq, 10 jurnalistə «Tərəqqi» Medalı veriləcək, 30-40 nəfərsə, əgər bərpa olunarsa «Əməkdar Jurnalist», əks halda «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görüləcəklər. Bu barədə «Azadlıq» radiosuna Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verdi.



Cənab Amaşov əsasən yaşlı, uzun müddət jurnalistika sahəsində çalışanların prezident təqaüdünə təqdim olunacağını deyir.



Mətbuat Şurasının üzvü Zeynal Məmmədlinin fikrincə, jurnalistlər üçün mükafatların kriteriyaları dəqiq bilinməlidir. Cənab Məmmədli bu seçim prosesinin şəffaf olmayacağından da narahatdır.



Mətbuatın 130 illiyi ilə bağlı tədbirlərə isə iyulun 5-də Zərdabda - Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin muzeyində start verilib. Oxşar tədbirlər Yevlax, Gəncə, Quba, Masallı, Şəki, Naxçıvanda da olacaq, iyulun 21-də isə Bakıda «Gülüstan» Sarayında təntənəli şəkildə yekunlaşacaq. Ə.Amaşov mətbuatla bağlı tədbirlərin bölgələrdə keçirilməsinin yerli mətbuata diqqəti artırmaq məqsədi güddüyünü deyir.



Prezident İlham Əliyev mətbuatın 130 illiyi ilə əlaqədar bu il iyunun 20-də sərəncam imzalayıb. Sərəncamda prezidentin İcra Aparatına tapşırılır ki, Mətbuat Şurası ilə birlikdə Bakı və respublikanın digər şəhər və rayonlarında yubiley tədbirləri keçirilməsini təmin etsin. Sənədə əsasən milli mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlər mükafatlandırılmalıdır. Bu jurnalistləri seçmək hüququ Mətbuat Şurası, jurnalist təşkilatları və redaksiyalara verilir. Son siyahı Mətbuat Şurası və Prezident Aparatı arasında razılaşdırılıb, prezidentə təqdim olunacaq.
XS
SM
MD
LG