Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Müsavatçı ona Andreas Qrossa şikayət etməmək tapşırıldığını deyir


Səs: Real audio
O, müstəqil faəliyyət göstərəcəyini deyir Müsavat Partiyasının Gəncə şəhər təşkilatının sədri Cahangir Əmirxanllı iyulun 4-də Gəncə şəhər Polis İdarəsinə aparılıb. Bu barədə «Azadlıq» radiosuna xəbər verən cənab Əmirxanlının sözlərinə görə, idarənin rəhbərliyi ona Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Qross Gəncəyə gələrkən şikayət etməməyi tapşırıblar. Müsavatçıya 2003-cü ildə barəsində qaldırılmış cinayət işinin hələ də xitam edilmədiyi xatırladılıb.



Cahangir Əmirxanlının idarədə olmasını şəhər Polis İdarəsi rəisinin müavini İlqar Balakişiyev təsdiqlədi. Onun sözlərinə görə, müsavatçı qeyri-rəsmi şəkildə idarəyə dəvət olunub və sadəcə, onunla söhbət ediblər. Cənab Balakişiyev görüşü şəxsi münasibətlərlə bağladı.
XS
SM
MD
LG