Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:26

Lalə Şövkət Hacıyeva «YeS»i tərk etdi<p align=`left`><br><br>


Səs: Real audio
O, müstəqil faəliyyət göstərəcəyini deyir Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva «Yeni Siyasət» («YeS») blokunu tərk etdi. Bundan sonra o, müstəqil faəliyyət göstərəcək. Xanım Hacıyeva bu addımını «YeS» in təsisçiləri ilə fərqli mövqelərə sahib olması ilə izah edir. Həmin fərqlər isə həm strateji, həm də taktiki baxımdan özünü göstərir. L.Ş.Hacıyevanın iyulun 4-də yaydığı bəyanatda belə deyilir.



Sənəddə deyilir ki, indiki şəraitdə «YeS» digər müxalifət qüvvələri ilə birlikdə demokratik seçki mühiti və xüsusən də seçki komissiyalarının paritet əsasda formalaşması, siyasi mühacirlərin qayıtması və onların vətəndaş hüquqlarının təminatı tələbilə etiraz aksiyaları keçirməlidir. Amma bununla bağlı blokun təsisçiləri arasında fərqli fikirlər yarandığından o, müstəqil siyasət aparacağını bildirir.



«YeS»in təsisçilərindən biri Eldəniz Qulyiev Lalə Şövkət Hacıyevanın bloku tərk etməsini quruma zərbə kimi qiymətləndirir: «Yollarımız, mübarizə vasitəmiz ayrı olsa da, məqsəd demokratik seçki keçirilməsinə nail olmaqdır». Cənab Quliyev əlavə edir ki, blokun strategiyasında dəyişiklik olmayacaq və kütləvi aksiyalar xanım Hacıyevanın dediyi kimi bugünlərdə yox, avqust və ya sentyabr aylarında keçiriləcək.



«Şərq-Qərb Araşdırmalar Mərkəzi»nin rəhbəri Ərəstun Orculu isə L.Ş.Hacıyevanın «YeS»dən gedişinin blokun imicinə xələl gətirəcəyini və müəyyən sayda tərəfdar itirəcəyini düşünür.
XS
SM
MD
LG