Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:28
Rubrikalar

Yeni manatın çap olunmasına qərar verildi


Səs: Real audio
Qoran Lenmarker problemin həlli üçün «qızıl imkan» yarandığını deyir - Gələn ilin əvvəlindən dövriyyəyə buraxılacaq yeni manatın çap olunmasına qərar verildi.



Milli Bankın mətbuat xidmətindən aldığımız məlumata görə, Pul İslahatı Komitəsi yeni əskinasların çapını Avstriyanın OeBS şirkətinə tapşırıb. Şirkət pulları ilin sonunadək çap edib Azərbaycana gətirməyi öhdəsinə götürüb.



- Milli Bankdan aldığımız digər məlumata görə, Pakistanın dövlət bankının Bakıda nümayəndəliyi açılacaq. Bankın biznes planına görə, Azərbaycan iqtisadiyyatına sərmayələr yatırılması nəzərdə tutulur. Pakistan Milli Bankı dünyanın 18 ölkəsində fəaliyyət göstərir və Asiyanın ən iri kommersiya bankıdır.



- Rusiyanın “Krasnoye Sormovo” gəmiqayırma zavodu Azərbaycan üçün daha bir gəmini tikib təhvil verdi.



“Rosbalt” agentliyinin məlumatına görə, Xəzər Dəniz Gəmiçiliyinə göndərilən yeni gəminin adı “Şah İsmayıl Xətaidir”. Gəmi 14 min kubmetrdən çox neft və neft məhsulları daşımağa qadirdir. “Krasnoye Sormovo” zavodu Azərbaycan üçün bu il daha 2 neft tankeri tikəcək.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4704 manat, 1 rubl 164 manat, avro isə 5601 manatdır.
XS
SM
MD
LG