Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Gənclər İnternetdə məlumat tapmaqda çətinlik çəkirlər


Səs: Real audio
70-ə yaxın müxalifətçinin Sabirabad rayon Polis Şöbəsində saxlandığı bildirilir Bəzən hər hansı bir məlumatı kitabxanada deyil, İnternetdə axtarmaq daha asan olur. İnternetdə yerləşdirilən axtarış sisteminin köməyi ilə istənilən mövzuya dair materialları əldə etmə imkanı bu işi xeyli asanlaşdırır. Amma bu gün gənclər Azərbaycan dilində axtarış sisteminin istənilən səviyyədə olmamasından narazıdırlar.



- Azərbaycan dilində axtarış sistemi çox zəif inkişaf edib. Biz Azərbaycan dilində hansısa məlumat axtarırıqsa, həmin məlumatı ya rus, ya ingilis, ya da başqa dillərdə tapırıq. Bundan əlavə axtarış sistemində Azərbaycan dilində hər hansı bir məlumat çıxırsa da, onlar çox gec yenilənir. Bəzən isə adı çıxan səhifələr, ümumiyyətlə, açılmır.



- Mən İnternetdə axtarış apararkən rus dilli saytlardan istifadə edirəm. Azərbaycan dilində yalnız “google.az”dan istifadə etmək olur ki, buradan da istədiyin məlumatı əldə edə bilmirsən. Rus dilli saytlarda istədiyin mövzuya dair referat, kurs, hətta diplom işləri də tapa bilirsən. Amma Azərbaycan dilli saytlarda təəssüf ki, belə məlumatlar yerləşdirilmir.



- Bizə lazım olan məlumatları ingilis və rus axtarış sistemlərindən istifadə edərək tapırıq və təəssüf ki, bu materiallar Azərbaycan dilində olmur.



“Azərnet” təşkilatının texniki direktoru Emin Hüseyn də gənclərin bu narazılığını bölüşür.



- Hazırda, həqiqətən də, fəaliyyət göstərən heç bir Azərbaycan axtarış sistemi yoxdur.



Emin Hüseyn hazırda Azərbaycan dilində axtarış sistemi tərtib etmək üçün imkanın olduğunu da deyir. Onun sözlərinə görə, “Azərnet” şirkəti belə bir layihəni artıq hazırlayıb. Maliyyə problemləri həll olunarsa, bu layihəni tez bir zamanda gerçəkləşdirmək mümkündür.



- Azərbaycan dilində axtarış serveri var. Sponsor olsa, cüzi maliyyə ilə başlamaq olar.
XS
SM
MD
LG