Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:11
Rubrikalar

«Mədəni dünyanın elçisi – Həsən bəy Zərdabi»


Səs: Real audio
70-ə yaxın müxalifətçinin Sabirabad rayon Polis Şöbəsində saxlandığı bildirilir Bu “İz”də:



- Həsən bəy Zərdabinin mədəni elçiliyinin izinə düşəcək;



- Özəl xəbərdə Zərdabi muzeyinə baş çəkəcək;



- «Kültür sözlüyü»ndə «qəzet nədir?» sualının ən qısa cavabını eşidəcək;



- «Mentalitet dolması»nı dadacaq;



- Və hər dəfə “İz”in şərhçisi Rəhman Bədəlovun açıqlamalarını dinləyəcəksiniz.



Öncə xəbərlər (biri özəl):



- Azərbaycanın ən böyük "mədəniyyət əkinçiləri"ndən birinin – Həsən bəy Zərdabinin doğum günü bu həftəyə düşür. 1842–ci il iyunun 27-də doğulan Həsən bəy 31 yaşında ilk anadilli peşəkar teatrın və 33 yaşında ilk qəzetin təməlini qoyub. Çağdaş dəyərlərin Azərbaycanda da tanıdılıb-yayılmasında misilsiz payı olan Həsən bəy Bakı meriyasındakı fəaliyyətiylə də vətəndaşlıq örnəyi göstərib.



- Vaşinqtonda Qara Qarayevin musiqisi səslənib. Pianoçu Rəna Rzayevanın Amerika konsertləri görkəmli Azərbaycan bəstəçisinin yaradıcılığına gözlənilməz maraq oyadıb. Azərbaycan-Amerika Şurasının dəvəti ilə Avropa Musiqi Akademiyasında gerçəkləşdirilən solo konsert pedaqoq və şagirdləri o dərəcədə coşdurub ki, onlar konsert bitdikdən sonra Qara Qarayevin not yazılarını istəyiblər.



- İran və Azərbaycan aşıqlarının birgə konserti baş tutmadı. Aşıqlar Birliyindən “İz”ə verilən məlumata görə, İran tərəfindən asılı səbəblər ucbatından iyunun sonuna planlaşdırılan konsert qeyri-müəyyən vaxtadək ertələnib. Konsertdə İran aşıqlarının geniş iştirakı nəzərdə tutulmuşdu.



- «Tutu» nəşriyyatı ünlü aktrisa Barat Şəkinskayaya həsr olunmuş kitab çap edib. Görkəmli teatrşünas İlham Rəhimlinin yazdığı və tanınmış rəssam Tərlan Qorçunun tərtib etdiyi bu nəfis nəşrdə Barat Şəkinskaya barədə indiyədək geniş ictimaiyyətə açıqlanmayan faktlar və səndlər əksini tapıb.



- Şairə Natəvan yazıçı Düma ilə görüşəcək. Muğam Teatrının bədii rəhbəri Arif Qazıyev «Xarı bülbüllər» filminin çəkilişinə başlayıb. Filmin əsas özəllikləri sırasında şairə Natəvan və yazıçı Aleksandr Düma obrazlarının olmasını qeyd etmək olar. Natəvan obrazını estrada ulduzu Aygün Kazımova canlandıracaq. Əslən Azərbaycan türkü olan Belçika vətəndaşı Yusif Hadi isə fransız yazıçısı Dümanın rolunu ifa edəcək. Yusif Hadi opera sənətçisidir.



- Bakıda keçirilən Koreya Mədəniyyəti Həftəsi başa çatdı. İyunun 26-dan 30-dək yerli sakinlər Güney Koreyanın mədəniyyəti ilə tanışlıq imkanı qazandılar. Səttar Bəhlulzadə adına Sərgi Qalereyasına baş çəkənlər Güney Koreya, Türkiyə və Azərbaycan rəssamlarının yeni əsərlərlərini görə bildilər. «Gülüstan» sarayına dəvətlilərsə Koreya mətbəxinin, rəqs və musiqisinin tilsimli sintezini hələ uzun zaman xatırlayacaqlar.



- Və bir özəl xəbər. Bakı müzeylərində mədəniyyətin ən böyük elçilərindən Zərdabinin izinə düşdük. Turqut Məmmədli xəbər verir. Mövzu bələdçimiz isə tanınmış kulturoloq-alim Rəhman Bədəlovdur.



Daha ətraflı Audio hissədə



- «Kültür sözlüyü»ndə «Müstəqil qəzet nədir?» sualını cavablamağa çalışmışıq. Cavabı hazırlarkən Kaliforniyada yerləşən Ümumdünya Azad Mətbuat İnstitutunun Avropa üzrə direktoru Tatyana Repkovanın «Demokratik cəmiyyətdə peşəkar qəzet buraxmaq yolları» kitabından yararlanmışıq.



Müstəqil qəzet – məlumatı heç bir təmənna güdmədən və qərəzsiz şəkildə öz oxucularına yetirən vicdanlı araçıdır. Bu qəzet öz müstəqilliyini özünün ən qiymətli kommersiya, redaksiya və mənəvi saxlancı sayır.



Daha ətraflı Audio hissədə



-
XS
SM
MD
LG