Səs: Real audio
70-ə yaxın müxalifətçinin Sabirabad rayon Polis Şöbəsində saxlandığı bildirilir «Panorama»nın budəfəki qonağı Müsavat partiyasının başqanı İsa Qəmbərdir. «Xalq qəzeti»nin əməkdaşı Qalib Arif və «Gün-Səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu da söhbətdə iştirak edirlər.
Bu dəfə «Panorama»da parlament seçkiləri ərəfəsində aparıcı Qərb ölkələrinin, o cümlədən, ABŞ-ın Azərbaycanda tutduğu mövqelərə toxunulur.
Müsavat partiyası başqanı deyir ki, ABŞ-ın 2003-cü ildəki mövqeyi ilə indiki mövqeyi arasında xeyli fərqlər var. Onun sözlərinə görə, bu, əsasən üç amillə bağlıdır. İlk növbədə rəsmi Vaşinqton başa düşür ki, demokratiyanın olmadığı ölkələrdə sabitlik və müttəfiqlik uzun sürə bilməz. İkincisi, isə İran və Rusiyanın regionda getdikcə artan maraqları ABŞ-ı öz siyasətinə yenidən baxmaq məcburiyyəti qarşısında qoyur.
Cənab Qəmbər deyir ki, prezident İlham Əliyevin islahatlar aparmaması da ABŞ-ın regiondakı yeni siyasətini formalaşdıran amillərdəndir.
Daha ətraflı audio hissədə