Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:49

Müxalifətçilərin məhkumluğu götürülür


Səs: Real audio
Robin Sivord: «Dəyişikliyin qəbulu üçün işimizi davam etdirəcəyik» 2003-cü ilin prezident seçkiləri zamanı toqquşmalarda təqsirli bilinən və daha sonra ölkə başçısı tərəfindən əfv olunan yeddi müxalifət fəalından daha ikisi - Müsavat partiyası başqanının müavini İbrahim İbrahimli və «16 oktyabr» Hərəkatının icraçı katibi Pənah Hüseynin də üzərindən məhkumluq götürüldü.



Pənah Hüseyn hesab edir ki, ölkədə yaranmış vəziyyət onların haqqındakı məhkəmə hökmünün ləğvini zəruri edirdi.



İyulun 30-da isə Ümid partiyasının sədri İqbal Ağazadə və Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov haqqındakı məhkəmə hökmü ləğv olunmuşdu. Bununla da yeddi müxalifət fəalından dördü seçkilərdə namizədliyini irəli sürə biləcək.



Yerdə qalan üç nəfərin - Müsavat partiyası başqanının müavini Arif Hacılı, Demokrat partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu və «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun iddialarına isə məhkəmə iyulun 5-dən sonra baxmalıdır.



Hüquq və İnkişaf Birliyinin rəhbəri Hafiz Həsənov hesab edir ki, 16 oktyabr hadisələri zamanı bu şəxslər qanunsuz həbs olunmuşdular. Ona görə də onların azadlığa buraxılmasından az sonra seçki hüquqlarının da bərpası tamamilə qanunauyğundur.
XS
SM
MD
LG