Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 08:54
Rubrikalar

«Qala» «Eurocup Challenger» turnirinə hazırlaşır


Səs: Real audio
Robin Sivord: «Dəyişikliyin qəbulu üçün işimizi davam etdirəcəyik» - Ukraynanın Odessa şəhərində gimnastika üzrə beynəlxalq turnir sona çatıb. Turnirdə 15 Azərbaycan gimnastı iştirak edib. Onlardan biri – Səid Səlimov turnirin qızıl medalını qazanıb.



- İyulun 3-də Avropanın kişi basketbol klubları arasında ənənəvi «Eurocup Challenger» turnirinin püşku atılacaq. 30-dan artıq komandanın iştirak etdiyi yarışda Azərbaycanı «Qala» komandası təmsil edəcək. Püşkatmada «Qala»nın rəqibi müəyyən olunacaq.



«Qala» komandasının prezidenti Fərid Məmmədov:



«MDB ölkələrindən bu yarışa Rusiyanın «Ural-Qreyd», Ukraynanın «Sumişimprom» və «Ximik» komandaları qoşulub. Çox güman ki, FIBA qrupları Avropanın coğrafi faktor ənənəsini nəzərə alaraq təşkil edəcək. Ola bilsin ki, biz onlarla bir qrupa düşək».



«Qala» 3-cü mövsümdür ki, Avropa Kubokunda iştirak edəcək. Komanda birinci mövsüm mübarizə apardığı qrupdan çıxsa da, keçən il buna nail olmamışdı.



- İyulun 1-də Serbiya-Çernoqoriyada stend və güllə atıcılığı üzrə Avropa çempionatının startı verilib. Bu dəfəki çempionatda Azərbaycan idmançıları iştirak etməyəcək. İyulun 14-də isə bu ölkədə stend atıcılığı üzrə Dünya Kuboku yarışlarının 3-cü mərhələsi başlanacaq. Turnirdə Azərbaycanı Emin Cəfərov təmsil edəcək.



- İyulun 4-dən 11-dək Litvanın paytaxtı Vilnüsdə gənclər arasında sərbəst və Yunan-Roma güləşi üzrə dünya birinciliyi keçiriləcək. 60-a yaxın ölkənin 500-dən çox idmançısı 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycanı turnirdə 10 idmançı təmsil edəcək.



- Respublika Velotrekində velosiped idmanı üzrə ölkə çempionatı sona çatıb. Vüqar Salahov qızıl, Aqşin İsmayılov gümüş, Ruslan Əsədov bürünc medal qazanıb.



- İyulun 20-də isə İtaliyada velosipedçilərin Avropa çempionatı keçiriləcək. Yarışda Azərbaycanı Məhəmməd Əhmədov təmsil edəcək.
XS
SM
MD
LG