Səs: Real audio
Robin Sivord: «Dəyişikliyin qəbulu üçün işimizi davam etdirəcəyik» Gürcüstan Prokurorluğu azərbaycanlı jurnalist Elmar Hüseynovu öldürməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - Tahir Xubanov və Teymuraz Əliyevin axtarışına başlayıb. Hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi üçün iş aparılır.
Bu barədə Gürcüstan Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Xatuna Tsxvediaşvili məlumat verib.
«Gürcü tərəfi istintaqa başlayıb. Məqsəd həmin adamların həqiqətən Gürcüstan vətəndaşı olub-olmadığını aydınlaşdırmaq, daimi yaşayış yerlərini dəqiqləşdirməkdir. Amma hələ ki nəticələrlə bağlı rəsmi məlumat yoxdur».
Elmar Hüseynovun qətlini araşdırmaq üçün yaradılan ictimai təhqiqat qrupunun üzvü Şahbaz Xuduoğlu isə deyir ki, gələn həftə Mətbuat Şurası nümayəndlərinin qətlin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Məqsəd istintaqın gedişi ilə maraqlanmaq və qətlin açılmasının uzanmasıyla bağlı narahatlıq ifadə etməkdir.
Şahbaz Xuduoğlunun verdiyi məlumata görə, iyulun 17-də – Elmar Hüseynovun ad günündə onun anım gecəsi də keçiriləcək.
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də yaşadığı evin qapısı ağzında qətlə yetirilib. Azərbaycanın hüquq-mühafizə orqanları bildirirlər ki, qətli Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyev törədiblər. Həmin şəxslərin şəxsiyyətinin aydınlaşdırılması üçün Gürcüstan Prokurorluğuna müraciət olunub. Azərbaycan adıçəkilən şəxslərin beynəlxalq axtarışı üçün İnterpola da müraciət edib.