Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

ATƏT Seçki Məcəlləsinə tövsiyələrinin qəbul olunacağına ümidini itirmir


Səs: Real audio
Robin Sivord: «Dəyişikliyin qəbulu üçün işimizi davam etdirəcəyik» ATƏT Seçki Məcəlləsinə tövsiyələrinin, o cümlədən seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması barədə təklifinin qəbul olunmamasına təəssüflənir. Bu barədə «Azadlıq» radiosuna ATƏT-in Bakı Ofisinin direktor müavini Robin Sivord bildirib.



Cənab Sivordun sözlərinə görə, təşkilat Secki Məcəlləsinə Venesiya Komissiyası ilə birgə verdiyi tövsiyələrin qəbul olunması üçün səylərini davam etdirir:



«Ümid həmişə var. Biz bu tövsiyələri xeyli müddətdir ki, vermişik. Onların bəziləri qəbul olunub. Bu, bizdə ümidləri artırır, baxmayaraq ki, hokümət seçki komissiyaları ilə bağlı tövsiyənin qəbul olunmayacağını qəti şəkildə bəyan edir. Hesab edirik ki, onların qəbulu vacibdir. Ona görə də dəyişikliyin qəbulu üçün işimizi davam etdirəcəyik».



ATƏT rəsmisinin fikrincə, Azərbaycan höküməti təklifləri qəbul etməklə azad və ədalətli seçkinin keçirilməsinə sadiq olduğunu nümayiş etdirə bilər.



«Biz höküməti bunu etməyə çağırırıq» - deyə, Robin Sivord bildirir.



Onun sözlərinə görə, Seçki Məcəlləsi ilə bağlı problem qanunun özündə yox, onun necə icra olunmasındadır.



«Əgər məcəllə düzgün icra olunursa, qanun yaxşı işləyir. Təəssüf ki, biz əvvəlki seçkilərə baxsaq, görərik ki, bu, belə olmayıb. Ona görə də vəziyyəti dəyişmək üçün çoxsaylı düzəlişlər təklif etmişik».



Cənab Sivord hökumətin son zaman sərbəst toplaşmağa şərait yaratmasını, siyasi partiyaların mitinqlər keçirə bilməsini müsbət və ümüdverici inkişaf kimi qiymətləndirir.



«ATƏT hökumətdən Azərbaycanda azad və ədalətli seçki keçirməsini gözləyir. Seçkini izləmək üçün təşkilat Azərbaycana 500-ə yaxın müşahidəçi göndərməyi planlaşdırır».
XS
SM
MD
LG