Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:27

Meşə zərərvericilərini məhv etmək üçün təyyarələr lazımdır


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir Xızı - Dəvəçi zonasındakı meşə massivlərində «Amerika ağ kəpənəyi»ni məhv etmək üçün təyyarələrdən istifadə edilməsinə ehtiyac var. Bununla bağlı Nazirlər Kabinetinə müraciət edilib. Dəvəçi rayon Meşə Bərpası və Mühafizəsi Müəssisəsinin direktoru Bəybala Allahyarov «Azadlıq» radiosuna belə dedi. Onun sözlərinə görə, Dəvəçi meşələrində problem nisbətən aradan qaldırılsa da , bütövlükdə həll edilməyib: «Amerika ağ kəpənəyi» hədddən çox yumurta qoyur. Artıq kəpənəklər yumurtadan çıxmağa başlayıblar. Əgər indi zərərvericilər zərərsizləşdirilsə, xəstəliyin yayılmasının qarşısını almaq olar». Cənab Allahyarovun qənaətincə, Xızı meşələrində vəziyyət daha ciddidir.



Xızı rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Qarayev isə zərərvericilərin məhv edilməsi üçün vertolyotlardan istifadə edildiyini söylədi. Onun sözlərinə görə, bu tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin köməyi ilə həyata keçirilib. «12 min hektar sahənin dərmanlanması planlaşdırılıb»- deyə, cənab Qarayev fikrini yekunlaşdırdı.
XS
SM
MD
LG