Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:34

«Kapitalbank»ın əməkdaşı və 300 mln. manat oğurlanıb


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir Şəmkirdən Gədəbəyə gedən yolda «Kapitalbank»ın Gədəbəy filialına məxsus pul aparan avtomaşına naməlum şəxslər basqın ediblər. Basqınçılar 300 mln. manat pulu və filialın 70 yaşlı işçisi Arif Bayramovu özləri ilə aparıblar. Sürücü Zirəddin Sadıqov isə hadisə yerindən qaçmağa müvvəffəq olub. Hadisə ilə bağlı Şəmkir rayon Polis İdarəsində cinayət işi açılıb.



Şəmkir rayon Polis İdarəsinin rəisi Zəfər Abıyev "Azadlıq" radiosuna verdiyi müsahibədə basqınçıların silahlı olduğunu dedi. Onun sözlərinə görə, pul Gədəbəy rayon Təhsil Şöbəsinə məxsus olub.



Bankın Bakıdakı mərkəzi ofisi və Gədəbəy filialı isə hadisənin baş verməsini təsdiqləmədi.
XS
SM
MD
LG