Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:29

«Torres - Soros - Qross triosu Şeyx Nəsrullah qiyafəsində»


Səs: Real audio
Rino Harniş: «İnqilaba ehtiyac olmaması üçün ədalətli seçkilər keçirilməlidir» «Yeni Azərbaycan» qəzetindəki «Torres-Soros-Qross triosu Şeyx Nəsrullah qiyafəsində» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, bu üçlük Azərbaycan rəsmilərinə ölkəni tərifləyir, amma arxada bunun əksinə hərəkət edirlər. Məqalədə bildirlir ki, «Soros» Fondu QHT-lərə yardım etməklə yanaşı həm də müxtəlif ölkələrdə gedən siyasi məsələlərə müdaxilə edir. Alberto Torressə Azərbaycan futbolunu dirçəldəcəyinə vəd verə-verə, xarici mətbuata açıqlamasında bildirib ki, bu ölkədə futbolun inkişafı qeyri-mümkündür. Qaldı Andreas Qrosa, müəllif yazır ki, Avropa Şurasının məruzəçisi həmişə Azərbaycan haqqında əsası olmayan məlumatlar yayır. Məqalədə bildirilir ki, bu cür faktların sayını kifayət qədər artırmaq olar, amma baş verənlərdən nə müxalifət, nə də iqtidarda dərs götürmək istəyənlər var.



«Əcnəbilər parlamentdə özləri üçün baza qurmaq istəyirlər» başlıqlı məqalə ilə «Xalq Cəbhəsi» qəzetində tanış olmaq mümkündür. Məqalədə bildirilir ki, Avropa Şurasının məruzəçiləri özləri də bilmədən ATƏT-in Bakı Ofisinin hökumət və müxalifətlə apardığı separat danışıqların mahiyyətini açıqlayıblar. Bu danışıqlarda ölkədə hər hansı bir ciddi dəyişiklik nəzərdə tutulmur, sadəcə, növbəti parlamentdə baza yaradılması qarşıya məqsəd qoyulub. Müəllif hesab edir ki, bu normal olsa da, buna aparan yol doğru seçilməyib. Məqalədə bildirilir ki, daha yaxşı olardı ki, parlamentə düşmək istəyən hər bir kəs obyektiv səsvermənin nəticəsində istəyinə nail olaydı.



«Bakı-Xəbər» qəzetindəki «Ərdoğan demokratiya çağırışı ilə gəlir» başlıqlı məqalədə Razi Tağı yazır ki, buna görə hakimiyyət ciddi risk qarşısında qalacaq. Böyük ehtimalla gözlənilir ki, İlham Əliyev Türkiyənin baş nazirini əmin etmək üçün demokratiyaya qarşı real mövqeyini nümayiş etdirməsin, seçkilərə qədər prinsipial islahatlar aparacağına dair vəd versin. Müəllif yazır ki, belə olan halda İlham Əliyevə qısa bir zamanda özünü doğrultmaq üçün vaxt veriləcək. Məqalədə bildirilir ki, bu vaxt ərzində o, özünü doğrultmasa hakimiyyət kürsüsünü də əlində saxlaya bilməyəcək.
XS
SM
MD
LG