Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:09

Azərbaycana alternativ hərbi xidmət lazımdırmı?


Səs: Real audio
YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyir ki, beynəlxalq təşkilatlardan gələn təklifləri seçkidən xəbəri olmayan adamlar veriblər Hər həftənin 2-ci günü olduğu kimi, bu gün də debatçılarımız studiyada öz yerlərini tutublar. Onlardan biri Rasif Dünyamalıyev deyir ki, bizə alternativ hərbi xidmət lazım deyil. Kənan Səmədov isə alternativ hərbi xidməti Azərbaycan üçün labüd hesab edir.



Rasif Dünyamalıyev: Alternativ hərbi xidmət bizə lazım deyil. Konstitusiyamıza əsasən, hərbi xidmət bizim vətəndaşlıq borcumuzdur. Borcun yerinə yetirilməsində könüllülük prinsipi yox, məcburiyyət prinsipi olmalıdır.



Kənan Səmədov: Mənə elə gəlir ki, Azərbaycanda alternativ hərbi xidmət labüddür. Birincisi ona görə ki, humanist ölkələrdə bu qəbul olunursa, niyə görə bizdə qəbul olunmasın? İkinci tərəfdən də könüllülük prinsipi burada əsas yer tutur. Hər hansı bir hərbi hissədə könülsüz xidmət göstərən əsgərin əvəzinə könüllü xidmətə gəlmiş əsgər bizim üçün daha faydalı ola bilər.



Rasif Dünyamalıyev: Avropada bu qanun müharibə vəziyyətindən çıxandan sonra həyata keçirilib. Azərbaycanda isə hazırkı müharibə dövründə bu qanun layihəsinin həyata keçirilməsi ordumuzun zəifləməsinə gətirib çıxara bilər. Alternativ hərbi xidmət həm də ona gətirib çıxaracaq ki, xidmətə yalnız kasıb təbəqənin nümayəndələri gedəcək. Varlılar müəyyən məbləğ ödəyərək xidmətdən yayınacaqlar.



Kənan Səmədov: Alternativ hərbi xidmətin əsas məğzi ondan ibarət deyil ki, bilavasitə pul ödəyib hərbi xidmətdən yayınasan. Bir il hərbi xidmət əvəzinə dövlət üçün faydalı olan başqa bir işlə məşğul olmaq özü alternativ xidmətdir.



Rasif Dünyamalıyev: Alternativ hərbi xidmət bizə lazım deyil. Çünki, o, cəmiyyətin parçalanmasına gətirib çıxaracaq. Hərbi xidmətdən yayınmalar artacaq. Buna görə də mən alternativ hərbi xidmətə qarşı çıxıram.
XS
SM
MD
LG