Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:00

«Deputat mandatlarının verilməsi üçün pulyığma əməliyyatı başlayıb»


Səs: Real audio
YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyir ki, beynəlxalq təşkilatlardan gələn təklifləri seçkidən xəbəri olmayan adamlar veriblər «Ayna» qəzetindəki «Ərdoğan Azərbaycan hakimiyyətini demokratiyaya çağıracaq» başlıqlı məqalədə Zaur İbrahimli yazır ki, son vaxtlar Yaxın Şərqdə demokratik dəyişikliklərə çağıran ABŞ-ın Türkiyə təcrübəsini nümunə göstərməsi təsadüfi deyil. Ankara və Vaşinqton yeni əməkdaşlıq sahəsi kimi demokratiyanın Şərqə doğru yayılmasında Türkiyənin xüsusi missiya yerinə yetirməsi üzrə anlaşıblar. Digər tərəfdən, Ankarada başa düşürlər ki, Azərbaycandakı parlament seçkilərində hansı qüvvənin qalib gəlməsindən asılı olmayaraq heç bir tərəf əvvəlki kimi ölkədəki proseslərə birtərəfli nəzarət etmək iqtidarında olmayacaq. Məqalədə bildirilir ki, ən azı bu amil parlament seçkiləri ilə bağlı Türkiyənin fəallaşmasını şərtləndirir. Müəllif yazır ki, Ankarada Azərbaycanda proseslərin nəzarətdən çıxmasından çox narahatdırlar və Ərdoğanın bununla bağlı mesajlar verəcəyi gözlənilir.



«Xalq Cəbhəsi» qəzetindəki «Əlvida islahatlar» başlıqlı məqalədə Coşqun Məmmədov yazır ki, Əhmadi-Nejad İranı 20 il keçmişə qaytaracaq. Məqalədə bildirilir ki, Ərdəbilin Şərqi Azərbaycandan ayrılaraq müstəqil vilayətə çevrilməsi və «parçala hökm sür» siyasətinin davam etdirilməsində xüsusi rolu olan Əhmadi-Nejadın paytaxt merliyinə irəli çəkilməsinə azərbaycanlıların inamsız münasibəti maneçilik törədə bilmədi. Müəllif yazır ki, indiki halda İrana dörd il müddətində prezidentlik edəcək bir şəxsin siyasi karyerasında bu gözlənilməz uğurdan necə yararlanacağı əsas müzakirə mövzusudur.



«Bakı-Xəbər» qəzetindəki «Sonuncu kütləvi pulyığma əməliyyatı» başlıqlı məqalədə Nicat Dağlar yazır ki, hakimiyyətdaxili mənbənin verdiyi məlumata görə, deputat mandatlarının verilməsi üçün pulyığma əməliyyatı başlayıb. Müəllif bu qeyri-leqal əməliyyatlara kifyayət qədər ciddi fiqurların rəhbərlik etdiyini yazır. Məqalədə bildirilir ki, bu, bir daha sübut edir ki, parlament seçkilərində saxtakarlıqlara yol veriləcək. Həyata keçirilən bu proses əslində, deputat olmaq istəyənlərə mandat vermək yox, onları aldadıb imkanlarından istifadə etmək məqsədi daşıyır.
XS
SM
MD
LG