Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

Türkiyənin baş naziri Azərbaycana ilk rəsmi səfərə gəlir


Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iyunun 29-da Azərbaycana rəsmi səfərə gələcək. Bu haqda Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı jurnalistlərlə söhbətində bildirib. Cənab Ərdoğan prezident İlham Əliyev, baş nazir və spikerlə görüşəcək, parlamentdə çıxış edəcək. Səfirin sözlərinə görə, onun iş adamları ilə müzakirələr aparacağı da gözlənilir: «Baş nazir Türkiyənin Azərbaycandakı yeni səfirlik binasının təməl daşının qoyulmasında da iştirak edəcək».



Cənab Moralı səfər çərçivəsində imzalanacaq sənədlərin üzərində işin davam etdiyini bildirib. «Sənədlərdən ən əhəmiyyətlisi iqtisadi işbirliyi ilə bağlı protokoldur» - deyə, o, söyləyib.



Prezident Aparatı Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov R.T.Ərdoğanın Azərbaycana səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafına yeni təkan verəcəyini deyir.



Bu, Rəcəb Tayyib Ərdoğanın baş nazir kimi Azərbaycana ilk rəsmi səfəridir. O, bundan əvvəl Bakıya Ədalət və İnkişaf Partiyasının sədri kimi gəlmişdi. Cənab Ərdoğan iyunun 30-da Türkiyəyə dönəcək.
XS
SM
MD
LG