Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

E. Hüseynovun qətlində şübhəli bilinənlərin axtarışı davam edir


Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı həbs olunan Turqay Bayramovun istintaqı yekunlaşıb və cinayət işi məhkəməyə göndərilib.



Bu haqda baş prokuror Zakir Qaralov məlumat verdi. Baş prokurorun sözlərinə görə, Turqay Bayramov Elmar Hüseynovun qətlində şübhəli bilinən şəxslərə saxta sənədlərlə mobil telefon almaqda təqsirli bilinir.



Zakir Qaralov Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyevlə Tahir Xubanovun axtarışının davam etdirildiyini də dedi. Axtarışla bağlı bütün dövlətlərə məlumat verilib. Baş prokurorun sözlərinə görə, bu şəxslər tutulandan sonra sifarişçini müəyyən etmək olacaq.



Elmar Hüseynov bu il martın 2-də yaşadığı binanın girişində qətlə yetirilib. Hazırda qətllə bağlı istintaqı Milli Təhlukəsizlik Nazirliyi aparır.



İstintaqın uzanmasına etiraz olaraq Elmar Hüseynov Fondu iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyinin qarşısında piket keçirməyi planlaşdırır.
XS
SM
MD
LG