Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:07

Bir qrup siyasi partiya yürüş-mitinq keçirdi


Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir İyunun 25-də bir qrup siyasi partiya yürüş-mitinq keçirdi. Aksiyaya Azərbaycan Milli Demokrat, Böyük Quruluş, Vəhdət, İslam, Tərəqqi partiyaları və bir sıra gənclər təşkilatları qatılmışdılar.



Aksiyaçıların əllərində «Azad seçki!», «Seçki Məcəlləsinə əlavə və dəyişikliklər eldilsin!», «İstefa!», «Siyasi mühacirlərin vətənə dönməsinə şərait yaradılsın!», «Qarabağın qaytarılması üçün əməli addımlar atılsın!» və s. şüarlar vardı.



Metronun «20 Yanvar» stasiyası yanından başlayan yürüş Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında mitinqlə başa çatdı.



Mitinqdə çıxış edən Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov demokratik seçkinin keçirilməsinin vacibliyindən danışdı. Onun sözlərinə görə, bunun üçün ölkə vətəndaşları aktiv olmalıdırlar.Cənab Həmidov xaricdə yaşayan siyasi mühacirlərin ölkəyə qayıdıb parlament seçkilərinə qatılmasının zəruriliyini də vurğuladı.



Aksiya icazəli olduğundan heç bir insident baş vermədi.
XS
SM
MD
LG