Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:31

Prezident hərbi xərclərin ildən-ilə artırıldığını deyir


Səs: Real audio
Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan hərbi xərclərini ildən-ilə artırır. Buna səbəb Gürcüstandakı Rusiya hərbi bazalarının Ermənistana köçürülməsidir: «Azərbaycan hərbi texnika, müasir avadanlıq, silah-sursat və yeni döyüş təyyarələri almaqda davam edir».



İyunun 25-də Azərbaycan ali hərbi məktəbləri məzunlarının buraxılış mərasimində çıxış edən İlham Əliyev gələn ilin hərbi büdcəsində də yeni artımların nəzərdə tutulduğunu söylədi. «Azərbaycanın hərbi xərclərinə 2003-cü ildə 135 milyon, 2004-cü ildə 175 milyon, 2005 ildə isə 300 milyon dollar vəsait ayrılıb. Ölkə iqtisadiyyatının sürətlə inkişafı bu gün Azərbaycan silahlı qüvvələrini Cənubi Qafqazın ən güclü ordusuna çevirib» - deyə, o, bildirdi.



Cənab Əliyev ordunun üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi üçün hərbi qulluqçuların sosial vəziyyətinin də daim diqqətdə saxlanılacağını söylədi. O, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın sülh danışıqlarına sadiq qalmasını bu məsələdə mümkün olan ən böyük güzəşt kimi dəyərləndirdi: «Artıq beynəlxalq təşkilatlar da Azərbaycanın mövqeyini anlamağa başlayıblar».



Dövlət başçısı əlavə etdi ki, problem beynəlxalq hüquq əsasında -dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. «Azərbaycan bu məsələdə öz mövqeyindən bir addım belə geri çəkilməyəcək» - deyə, prezident fikrini yekunlaşdırdı.
XS
SM
MD
LG