Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:07

«Etibar Məmmədov müxalifətin parlamentdəki yerlərin yarıdan çoxuna iddialı olduğunu ortaya qoydu»


Səs: Real audio
Azərbaycan üzrə həmməruzəçi insanların mitinq keçirmək üçün hər dəfə icazə istəməsinin demokratik qaydalara uyğun gəlmədiyini düşünür «Ayna» qəzetindəki «Əli Əhmədov müxalifəti qınadı.Etibar Məmmədov isə müxalifətin parlamentdəki yerlərin yarıdan çoxuna iddialı olduğunu ortaya qoydu» sərlövhəli yazıda müəllif Xəqani Səfər qeyd edir ki, Yeni Azərbaycan Partiyasının İcra Katibi Əli Əhmədov Müsavat Partiyasının başqanı İsa Qəmbərin dövlət başçısına birbaşa dialoq təklifilə bağlı fikrini açıqlayıb. Cənab Əhmədov bildirib ki, söhbət partiyalararası anlaşma və dialoq çərçivəsində danışıqlardan gedir. Bu danışıqlarda isə ölkə prezidentinin iştirakına heç bir ehtiyac yoxdur. Müəllif daha sonra yazır ki, Əli Əhmədov AXCP sədri Əli Kərimlinin Türkiyənin «SNN Türk» televiziyasına verdiyi müsahibəni Azərbaycan xalqına xəyanət adlandırıb. Yazıda «Yeni Siyasət» blokunun liderlərindən olan Etibar Məmmədovun fikirlərinə də toxunulur. Cənab Məmmədov hesab edir ki, hakimiyyət ötən illərdə etdiyi saxtakarlıqları bu il edə bilməyəcək. Nəticədə parlamentdə böyük sayda müxalifət fraksiyası yaratmaq imkanı olacaq.



«Yeni Azərbaycan» qəzetindəki «Rusiya və NATO: məcburi dostluq» sərlövhəli yazıda qeyd olunur ki, rəsmi Moskvanın Gürcüstandakı hərbi bazaları Ermənistana köçürməsi Daqlıq Qarabağ münaqişəsinin həllini ləngidə bilər. Vaxtilə «İzvestiya» qəzetinin Rusiya ilə NATO arasındakı münasibətləri «məcburi dostluğa» bənzətdiyini yada salan müəllif qeyd edir ki, NATO Baş katibi Yaap de Hoop Sxefferin Rusiyaya son səfəri də bu fikri açıq-aşkar nümayiş etdirir. Qəzet yazır ki, terrorizmlə mübarizədə Rusiya və NATO müəyyən uğurlar əldə ediblər. Ancaq NATO-nun yerində saymaq fikrində olmadığını qeyd edən müəllif bildirir ki, alyans 2006-cı ildə hərbi-dəniz təlimlərini yalnız Aralıq dənizində deyil, Qara dənizdə də keçirəcək. Artıq bu, rəsmi Moskva tərəfindən qısqanclıqla qarşılanıb. Rusiyanın Müdafiə naziri Sergey İvanov adıçəkilən təlimlərə mandat verməyəcəklərini açıqlayıb. Çünki Ukrayna və Gürcüstan təlimlərin əhatə dairəsinin genişlənməsini NATO-ya üzvlük barədə danışıqların başlanğıcı kimi qəbul edə bilərlər. Digər tərəfdən isə Kreml Gürcüstan və separatçı Dnestryanı Respublikadakı hərbi bazalarının çıxarılması məsələsini bacardığı qədər uzatmağa çalışır.
XS
SM
MD
LG