Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:54

Xaricdə azərbaycanlı tələbələri birləşdirən təşkilatlar çoxalır


Səs: Real audio
Azərbaycan üzrə həmməruzəçi insanların mitinq keçirmək üçün hər dəfə icazə istəməsinin demokratik qaydalara uyğun gəlmədiyini düşünür Bugünkü “Qlobus”da xaricdəki Azərbaycan diaspora təşkilatlarının fəaliyyətlərindən və diaspora daxilində gedən proseslərdən söhbət açacağıq.



“Qlobus”un qonaqları:



- Almaniyada Türk Araşdırmalar Mərkəzində çalışan Elxan Sadıxzadə;



- Amerika-Azərbaycan Şurasının prezidenti Ceyhun Mollazadə;



- Və Azərbaycan-Çex Gənclər Birliyinin həmsədri Müşviq Babayev.



- İlk qonağımız Almaniyanın Essen şəhərindəki Essen-Duilsburq Universitetinin nəzdində fəaliyyət göstərən Türk Araşdırmalar Mərkəzinin elmi işçisi Elxan Sadıxzadədir. Onun institutu Şərqi Avropa, Qafqaz və Orta Asiya regionu, eləcə də miqrasiya və makroiqtisadi problemlər üzrə araşdırmalar aparır.



Elxan Sadıxzadə deyir ki, Almaniyada İran və Azərbaycan Respublikasından olan azərbaycanlıları birləşdirən təşkilatların fəaliyyətində fərqlər var.



Cənab Sadıxzadə hesab edir ki, diaspora işinin uğurlu aparılması üçün diaspora nümayəndələrinin sayı və maliyyə imkanları əsas rol oynamır.



- Novbəti qonağımız okeanın o tayındandır. Ceyhun Mollazadə Amerika-Azərbaycan Şurasının prezidentidir. Şura 1994-cü ildə yaranıb, burada amerikalılar, azərbaycanlılar və türklər təmsil olunub. Təşkilatın əsas məqsədi Amerikanın hökumət və akademik dairələrinə Azərbaycan, Qafqaz və Xəzər regionu ilə bağlı məlumatları çatdırmaqdır, eləcə də Amerika ictimaiyyətinə Azərbaycan tarixini və mədəniyyətini tanıtmaqdır.



- Son vaxtlar müxtəlif ölkələrdə oxuyan Azərbaycan tələbələrini birləşdirən təşkilatlar yaranır. Ötən verilişlərimizin birində Azərbaycan-Çex Gənclər Birliyinin yaranması barədə məlumat vermişdik.



Bugünkü qonağımız – birliyin həmsədri Müşviq Babayev gənclər təşkilatlarının fəaliyyətlərini necə qurmalarından, eləcə də tələbə həyatından danışır. Müşviq Çexiyanın Brno şəhərindəki Masarik Universitetinin beynəlxalq əlaqələr və politologiya fakültəsinin beşinci kursunda oxuyur.



“Qlobus”da deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşmək istəyənlər “Azadlıq” radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG