Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:51

A. Herkel: «Əsas məsələ seçki komissiyalarında tarazlıqdır»


Səs: Real audio
Azərbaycan üzrə həmməruzəçi insanların mitinq keçirmək üçün hər dəfə icazə istəməsinin demokratik qaydalara uyğun gəlmədiyini düşünür Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Seçki Məcəlləsinə dəyişikliklərin zəruri olduğunu deyir. Onun fikrincə, parlamentdə müzakirəyə çıxarılan layihə heç də vacib dəyişiklikləri əhatə etmir: “Ən mühüm məsələ seçki komissiyalarında müxalifət və hakim partiya arasında tarazlığın yaradılması və qeyri-hökumət təşkilatlarına seçkiləri izləmək imkanının verilməsidir” – deyir cənab Herkel.



O, son zamanlar müxtəlif partiyalara mitinqlər keçirməyə icazə verilməsinin heç də sərbəst toplaşmaq hüququnun bərpası olmadığını bildirir. Cənab Herkelin fikirncə, insanların mitinq keçirmək üçün hər dəfə icazə istəməsi demokratik qaydalara uyğun deyil.



İctimai Televiziyanın yaradılması barədə Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliyin icrası vəziyyətinə toxunan həmməruzəçi deyir: “İctimai Televiziya seçkilərdən əvvəl fəaliyyətə başlamalıdır, məhz seçki dövründə yox. Təbliğat mərhələsinin başlanmasına az vaxt qalmasına baxmayaraq, qəribədir ki, bu televiziya hələ yaradılmayıb».



A.Herkel hesab edir ki, 2003-cü il prezident seçkilərinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməməsi onların fəaliyyəti ilə bağlı olub. Onun sözlərinə görə, AŞ PA parlament seçkilərinin eyni qaydada keçirilməsini istəmir.
XS
SM
MD
LG