Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:05
Rubrikalar

«Neftçi», «Xəzər-Lənkəran» və «Bakı»nın rəqibləri məlum oldu


Səs: Real audio
Amerikalı həmsədr: «Tamamilə əminəm ki, bu, həll olunası məsələdir» İyunun 24-də İsveçrənin Nion şəhərində Çempionlar Liqasının 2005-2006-cı il mövsümünün püşkatması olub.



Püşkə görə, Bakının «Neftçi» komandası birinci qrup mərhələsində İslandiyanın «Hafnarfordur» komandası ilə qarşılaşacaq. İlkin mərhələnin oyunları iyulun 12-13-də, cavab qarşılaşmaları isə 19-20-də olacaq.



«Neftçi»nin baş məşqçisi Ağasəlim Mircavadov deyir ki, iyunun 25-dən komanda hazırlıqlara başlayır. İlk oyun Bakıda olduğu üçün hazırlıqlar da Bakıda olacaq.



Azərbaycan çempionu olduğu üçün iyunun 24-də «Neftçi» komandasına qızıl medal təqdim olunub.



- İyunun 24-də UEFA Kuboku uğrunda mübarizə aparacaq Azərbaycan komandalarının da rəqibələri məlum olub. Azərbaycan çempionatını ikinci yerdə başa vurmuş «Xəzər-Lənkəran» Slovakiyanın «Zilina», Azərbaycan Kubokunun sahibi «Bakı» isə Moldovanın «Nistru» komandası ilə qarşılaşacaq.



- İntertoto Kuboku uğrunda mübarizə aparan Yevlaxın «Karvan» klubu isə iyunun 25-də Polşada «Lex» komandası ilə cavab qarşılaşması keçirəcək. «Karvan» ilk oyununu iyunun 19-da Bakıda keçirmişdi və 2:1 hesabı ilə məğlub olmuşdu.



- İyunun 25-də Bakıdakı Milli Parkda iki mindən artıq idmançının iştirakı ilə Olimpiya Qaçış günü keçiriləcək.



- İstanbulda yüngül atletika üzrə Avropa Kuboku yarışları sona çatıb. Azərbaycan yığma komandası öz qrupunda 13 komanda arasında 7-ci olub.
XS
SM
MD
LG