Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:24

Bir qrup QHT və siyasi partiya iyunun 25-də mitinq keçirmək istəyir


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Bir qrup qeyri-hökumət təşkilatı (QHT) və siyasi partiya iyunun 25-də yürüş-mitinq keçirmək istəyir. Bu haqda həmin qurumların iyunun 22-də keçirdikləri forumda məlumat verildi.



«Demokratik SeçkilərəYardım Mərkəzi»nin rəhbəri Əli Quliyev dedi ki, QHT-lərin istəyi seçki komissiyalarının tərkibinin dəyişdirilməsidir. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə hesab edir ki, vətəndaşların fəallığının artırılması üçün demokratik mühit yaradılmalıdır.



Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov isə bildirdi ki, demokratik seçkiyə nail olmaq üçün siyasi partiya və qeyri-hökumət təşkilatları tələblərinin yerinə yetirilməsinə çalışmalıdırlar.



Forumda ayrı-ayrı blokların «Azadlıq» seçki blokuna birləşməsi təklifləri də səsləndi.



İyunun 25-də keçirilməsi nəzərdə tutulan aksiyada seçkiqabağı ictimai-siyasi mühitin demokratikləşdirilməsi şüarının səsləndirilməsi gözlənilir.
XS
SM
MD
LG