Səs: Real audio
AXCP sədrinin müavini Fuad Mustafayev: «O qədər adamı pulla bir yerə toplamaq nəinki müxalifətin, hakimiyyətin də imkanı xaricindədir» Ali məktəblərə sənəd qəbulu iyunun 22-dən başlayır. Orta məktəbi bu il bitirən abituriyentlər sənədlərini iyulun 7-nə qədər, əvvəlki illərin məzunları isə iyunun 30-a qədər oxuduqları məktəbin yerləşdiyi rayonun təhsil şöbəsində yaradılan sənəd qəbulu komissiyasına təqdim edə bilərlər.
Tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin əsli, təhsil haqqında sənədin əsli, 3x4 sm ölçülü 4 ədəd fotoşəkil və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) hesabına 10 000 manat köçürülməsi haqqında qəbz aiddir.
Bu il abituriyentlər 8 ixtisas kodunu seçə bilərlər. İxtisasların ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Təsviri sənət, musiqi sənəti, memarlıq və bədii layihələndirmə, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyyəsi və idman ixtisası istiqamətləri üzrə isə həm də qabiliyyət imtahanları aparılır. Və həmin imtahanları da TQDK aparır.
TQDK sədri Məleykə Abbaszadə abituriyentləri ali məktəb seçərkən diqqətli olmağa çağırır.
- Respublika ərazisində yalnız bir xarici ölkənin ali məktəbinin filialı-Rusiya Federasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialı qanuni fəaliyyət göstərir. O ali məktəbə ki qəbul elan olunmayıb və onların adı jurnalda yoxdur, həmin məktəblər qeyri-qanuni fəaliyyət göstərir.
Məleykə Abbaszadə abituriyentlərə “şparqalka” kimi tanınan yardımçı vasitələr hazırlamağa vaxt sərf etməməyi məsləhət görür, çünki, bu ildən imtahana nəzarət daha da gücləndiriləcək.
Magistraturaya qəbul olmaq istəyən tələbələrin sənəd qəbulu isə davam edir, son tarix 25 iyundur. Məleykə Abbaszadə magistraturaya imtahanın ikinci mərhələsinə aid sualların iyunun 25-də “Abituriyent” jurnalında dərc olunacağını deyir.