Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:54

«İlham Əliyev Ramiz Mehdiyevi danlayıb»


Səs: Real audio
AXCP sədrinin müavini Fuad Mustafayev: «O qədər adamı pulla bir yerə toplamaq nəinki müxalifətin, hakimiyyətin də imkanı xaricindədir» «Azadlıq» qəzetindəki «İlham Əliyev Ramiz Mehdiyevi danlayıb» başlıqlı yazıda qeyd olunur ki, Prezident Aparatında keçirilən qapalı toplantıda əsas müzakirə obyekti «Azadlıq» seçki blokunun 18 iyun mitinqi olub. Prezidentin iştirak etdiyi toplantıda ciddi müzakirələr aparılıb. Bildirilir ki, İlham Əliyev müxalifətin aksiyasının əzəmətli keçməsindən narahatlığını dilə gətirib. O, üzünü Ramiz Mehdiyevə tutaraq «Deyirsiniz ki, onlar mitinqə gələnlərə pul verirlər. Axı siz də bizim aksiyaya gələnlərə yardım etmişdiniz, bəs onlar niyə gəlmədilər» - deyərək onu ittiham edib. R.Mehdiyev isə «Bizim mitinqə daha çox adam gəlmişdi» söylədikdə, ölkə başçısı «mən kadrlara baxmışam, orda bizim mitinqdən çox adam iştirak edirdi» söyləyib. Qəzet yazır ki, prezident Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərova üzünü tutaraq «Sizin pulunuz yox idimi ki, orda güclu mitinq keçirəsiniz? Göyə ağ göyərçinlər buraxasınız?» söyləyib. Kəmaləddin Heydərov isə «Cənab prezident biz iş görməklə məşğuluq» dedikdə İlham Əliyevdən «mən bilirəm siz necə iş görürsünüz» cavabını alıb.



«Gün Səhər» qəzetindəki «İki tale» başlıqlı yazıda Qurban Yaquboğlu yazır ki, qürbətdə yaşayan keçmiş prezident Ayaz Mütəllibov və eks-spiker Rəsul Quliyevin varlığı seçkidən-seçkiyə bir az da artıq hiss olunur. Seçki ehtirasları bitən kimi isə onlara yönələn diqqətlər də zəifləyir. Qurban Yaquboğlu yazır ki, Azərbaycan siyasətində öz yeri və çəkisi olan bu iki fiqura maraq yalnız elektorat baxımından məna kəsb etmir. Əgər Rəsul Quliyev və Ayaz Mütəllibov vətənə qayıdırsa, deməli, Amerika və Rusiya hakimiyyətlə üzülüşüb. Müəllif qeyd edir ki, əslində, onların Nyu-Yorkda, Londonda və Moskvada olması hakimiyyətə daha sərfəlidir. Bu, əlavə başağrısından uzaq dayanmağın ən yaxşı variantıdır. Müəllif öz şərhini bu sualla bitirir: «Bəs bu vəziyyət nə zaman dəyişəcək? Ölkədəki dəyişikliklərdən əvvəl, yoxsa sonra?»



«Azərbaycan» qəzetindəki «Radikal müxalifətin qarşıdurma cəhdi iflasa uğradı» sərlövhəli yazıda müəllif Rəşad Cəfərli qeyd edir ki, bu ilin payızında keçiriləcək parlament seçkilərinə qaragürüh müxalifət qarşıdurma yaratmaq yolu ilə getmək istəyir. Onlar meydanlara mitinq keçirməyə yox, təxribatlar törətməyə gəlirlər. Baş vermiş insidentləri də məhz bu amillərlə bağlayan müəllif xoşagəlməz halların baş verməsində bəzi jurnalistlərin də rolunun olduğunu qeyd edir. Müəllifə görə, polisin tələbinə riayət etməkdən sərt şəkildə imtina etməklə həmin jurnalistlər öz hərəkətlərilə arzuolunmaz halların baş verməsinə səbəb olurlar.
XS
SM
MD
LG