Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:56

«Sərhədsiz Reportyorlar»: “Azərbaycanda jurnalist olmaq təhlükəlidir”


Səs: Real audio
AXCP sədrinin müavini Fuad Mustafayev: «O qədər adamı pulla bir yerə toplamaq nəinki müxalifətin, hakimiyyətin də imkanı xaricindədir» Sərhədsiz Reportyorlar Təşkilatının Avropa ölkələri üzrə rəhbəri Paskal Bonnamur deyir ki, polisin yetirdiyi zədədən vəfat etdiyi bildirilən “Yeni Müsavat” qəzetinin fotoreportyoru Alim Kazımlının ölüm səbəbləri yenidən araşdırılmalıdır.



“Bu gün daxili işlər naziri Ramil Usubova jurnalistin ölümünün araşdırılması xahişi ilə müraciət etmişik. Məncə, hansısa mühüm addım ataraq jurnalistləri qorumaq istədiyini göstərmək president İlham Əliyev üçün çox vacibdir. Xüsusilə də nəzərə alsaq ki, parlament seçkiləri öncəsi siyasi vəziyyət partlayış həddindədir”.



Xanım Bonnamurun sözlərinə görə, “Azərbaycanda jurnalist olmaq indi çox təhlükəlidir. Gürcüstanda və hətta Ermənistanda vəziyyət daha yaxşıdır. Azərbaycanda gələcək parlament seçkiləri isə gərginliyi bir az da artırır. Birinci problem informasiya əldə etmək imkanının olmamasıdır. Digər tərəfdən Sovet dövründən qalan jurnalistə qarşı təzyiq ənənəsi də davam etməkdədir”.
XS
SM
MD
LG