Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23
Rubrikalar

Cüdoçular, samboçular və güləşçilər medallarla qayıdıblar


Səs: Real audio
AXCP sədrinin müavini Fuad Mustafayev: «O qədər adamı pulla bir yerə toplamaq nəinki müxalifətin, hakimiyyətin də imkanı xaricindədir» - Azərbaycanın yeniyetmə cüdoçuları Avstriyada keçirilmiş Avropa çempionatından medallarla dönüblər. Qızıl medalı Samir Dadaşzadə qazanıb. O, final qarşılaşmasında Rusiya idmançısı Andrey Bojitovu məğlub edib.



Orta çəkidə olan Zaur Bağırlı gümüş medalın sahibi olub. Asəf Əliyev isə bürünc medal qazanıb.



8 cüdoçu ilə təmsil olunan Azərbaycan komandası ümumi hesabda 40 ölkə arasında 8-ci yeri tutub.



- Polşanın paytaxtı Varşavada kişi şahmatçılar arasında 6-cı Avropa çempionatı davam edir. 35 ölkədən 229 idmançının yarışdığı turnirdə 8 Azərbaycan şahmatçısı mübarizə aparırır. Komandanın baş məşqçisi Fikrət Sideifzadə hələlik yetirmələrinin oyununu qənaətbəxş sayır



«Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Qədir Hüseynov hələlik uğurla çıxış edir. Əlbəttə, nəticə 13 turdan sonra məlum olacaq. Ümid edirəm ki, onlar uğura imza ata biləcəklər».



- Moskvada MDB və Baltikyanı ölkələrin spartakiadasında 6 Azərbaycan samboçusu mübarizə aparıb. Onlardan İslam Qasımov qızıl, Zabil FərhadovNadir Məhərrəmli bürünc medal qazanıblar.



- Bürünc medallar seriyasını güləşçilər də davam etdirib. Tbilisidə keçirilən sərbəst güləş üzrə beynəlxalq yarışda Arif Zamanov, Emin ƏzizovVüqar Qurbanov bürünc medal qazınıblar.
XS
SM
MD
LG