Səs: Real audio
Dağlıq Qarabağın hüquqi statusu aydınlaşmayana qədər başqa məsələlərin həlli mümkün olmayacaq - Amerikanın “ExxonMobil” neft şirkəti Xəzər dənizininin Azərbaycan sektorundakı “Naxçıvan” strukturunda ikinci kəşfiyyat quyusu qazmaqdan imtina etdiyinə görə Dövlət Neft Şirkətinə 30 milyon dollara yaxın kompensasiya ödəməli olacaq.
Bu barədə iyunun 20-də Dövlət Neft Şirkətinin rəhbəri Natiq Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda kompensasiyanın ödənilməsi ilə bağlı hüquqi sənədlər hazırlanır.
- İyunun 20-də Bakının Bibi-Heybət qəsəbəsində Kompressor və Suvurma Platformasının açılışı olub. Platformanın tikintisi Böyük Britaniyanın «AMEK», Türkiyənin «Tekfen» və Türkiyə-Azərbaycan birgə şirkəti olan «Azfen» tərəfindən aparılıb.
Platformanın 700 milyon dollara başa gəldiyini bildirən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin sözlərinə görə, dünyada bir neçə belə platforma mövcuddur. Platforma neftin çıxarılmasından sonra laylarda yaranan boşluqlara su və qaz vurmaq məqsədilə istifadə olunur.
- İlk dəfə olaraq dünya bazarlarında Azərbaycan neftinin satış qiyməti ən yüksək həddə – 57 dollara qalxıb. Son 2 gündə qiymətlər «Azeri light» markalı neft üzrə 2.4, «Ural» markalı neft üzrə isə 2.3 dollar artıb. Bu ilin dövlət büdcəsində isə 1 barrel neftin qiyməti 25 dollar nəzərdə tutulub. «Azeri light» markalı neft «Bakı-Supsa», «Ural» markalı neft isə «Bakı-Novorossiysk» kəməri ilə ixrac olunur.
- 1992-ci ildə istismara verilsə də, sonradan yanacaq qıtlığı sarıdan fəaliyyətini dayandıran Naxçıvan Muxtar Respublikasındakı «Babək» elektrik stansiyası bu ilin sonuna qədər yenidən işə salınacaq. «AssA-İradə» xəbər agentliyinin məlumatına görə, İsveçrə bankı bu məqsədlə 5 milyon avro kredit ayıracaq.
- İndə də valyuta məzənnələri haqqında. Milli Bankdan aldığımız məlumata görə, iyunun 20-də 1 ABŞ dolları 4726 manat, 1 rus rublu 165 manat 34 qəpik olub.