Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41
Rubrikalar

Qadın voleybolçuların növbəti rəqibləri məlumdur


Səs: Real audio
Abidə bizim eradan əvvəl 4-cü minilliyin 2-ci yarısına aiddir - Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandasının dünya çempionatının üçüncü seçmə mərhələsi çərçivəsində qarşılaşacağı rəqibləri müəyyən olub.



Voleybol Federasiyasının əməkdaşı Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, iyulun 1-3-də Moskvada keçiriləcək yarışlarda yığma komanda Çexiya, Rusiya, Bolqarıstan milliləri ilə qarşılaşacaq.



«İyulun 1-də Bolqarıstan, 2-də Çexiya, 3-də isə Rusiya milliləri ilə qarşılaşacağıq. “Yeltsin Kuboku” yarışında Bolqarıstan və Rusiya millilərini məğlub etmişik. İyunun 24-də Moskvada təlim-məşq toplantısına başlayacağıq».



Yarışların final mərhələsi 2006-cı ildə Yaponiyada keçiriləcək.



- Stend atıcısı İradə Aşumova İtaliyada keçirilən Dünya Kubokunun növbəti mərhələsində uğursuz çıxış edib. Pekin Olimpiadasına vəsiqə qazaqmaq üçün o, iyulun 14-də Dünya Kubokunun Belqrad mərhələsində mübarizə aparacaq.



- Futbol üzrə Azərbaycan çempionatının gümüş mükafatçısı «Xəzər-Lənkəran» klubuna yeni oyunçular dəvət alıb. Bunlar «Qarabağ» komandasının hücumçusu Vüqar Nadirov və «Karvan»ın yarımmüdəfiəçisi Kamal Quliyevdir.



«Xəzər-Lənkəran» Azərbaycanı UEFA Kuboku yarışlarında təmsil edəcək. Ölkə çempionu «Neftçi» isə Çempionlar Liqasında mübarizəyə hazırlaşır. Həm UEFA, həm də Çempionlar Liqası oyunlarının püşkatması iyunun 24-də olacaq.



- İntertoto Kuboku uğrunda mübarizəyə qoşulmuş Yevlaxın «Karvan» komandası ilk oyununu iyunun 19-da Bakıda keçirib. Polşanın «Lex» komandasını qəbul edən «Karvan» 2:1 hesabı ilə məğlub olub. Cavab oyunu iyunun 25-də Polşada olacaq. «Karvan» Azərbaycanı qitəmiqyaslı yarışlarda ilk dəfədir təmsil edir.



- Taekvandoçular isə İranda keçiriləcək «Fəcr» turnirinə hazırlaşır. İyunun 24-də keçiriləcək turnirdə Azərbaycan yığması 8 taekvandoçu ilə təmsil olunacaq.
XS
SM
MD
LG