Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:25
Rubrikalar

Qadın voleybolçular Hollandiya komandasına 1-3 məğlub olub


Səs: Real audio
Onlar AŞ PA-nı Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsini təxirə salmamağa çağırırlar - Moldovanın paytaxtı Kişinyovda qadın şahmatçıların Avropa çempionatı davam edir. Altı turdan sonra beş şahmatçı hərəsi beş xalla 1-ci yerdə gedir. 6-13-cü yerləri 4.5 xalı olan idmançılar tutur. Üçüncü qrupda – 14-42-ci yerləri bölüşən idmançıların isə 4 xalı var. Azərbaycanlı qrossmeyster Firuzə Vəlixanlı da onların arasındadır. Türkan Məmmədyarovanın 3.5, onun bacısı Zeynəb Məmmədyarovanın 3, Afaq Xudaverdiyevanın isə 2.5 xalı var. Bu barədə “Azadlıq” radiosuna Azərbaycanın şahmat yığmasının baş məşqçisi Fikrət Sideifzadə məlumat verib.



- İyunun 17-də daha bir şahmat turniri başlayır. Varşavada kişilərin Avropa çempionatında Azərbaycanı Teymur RəcəbovŞəhriyar Məmmədyarov daxil olmaqla bir neçə idmançı təmsil edəcək.



- Qadın voleybolçuların “Yeltsin Kuboku”nda Azərbaycan idmançıları Hollandiya komandasına 1-3 hesabıyla məğlub olub. Bu oyundan sonra Azərbaycan voleybolçuları 3 xalla üçüncü yerdədir.



- UEFA komissarı Asim Xudiyev İntertoto kubokunun ilk oyununa təyin olunub. Bu oyun iyunun 19-da Minskin “Torpedo” stadionunda keçiriləcək.



Asim Xudiyev oyun zamanı serb arbitrlərindən ibarət briqadanın işini qiymətləndirəcək və bu barədə UEFA-ya raport yazacaq.



UEFA-nın azərbaycanlı komissarının səlahiyyət müddəti 2006-cı ilədəkdir, bundan sonra həmin qurum onu yenidən bu vəzifəyə təsdiqləməlidir.



- Azərbaycan gimnastı Dinarə Gimatova iyunun 16-da İtaliyada başlayan beynəlxalq turnirdə iştirak edir. Bundan əvvəl azərbaycanlı idmançı Moskvada Avropa çempionatında çıxış etmişdi. İtaliyadakı turnirdə Rusiya, İspaniya, Yunanıstan və digər ölkələrdən gimnastlar iştirak edir.
XS
SM
MD
LG