Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:59

Eks-spiker Rəsul Quliyev bu ilin sentyabrından gec olmayaraq Bakıya qayıdacağını bildirir


Səs: Real audio
Blok parlament binası qarşısında piket keçirməyi planlaşdırır «Azadlıq» qəzetindəki «MTN öz minalarını partladır» başlıqlı məqalədə bildirilir ki, bu nazirlik Böyük Britaniya vətəndaşından tapança, müsavatçıdan bomba tapa bilir. Amma nədənsə, kifayət qədər ciddi cinayətləri törədənləri müəyyənləşdirməkdə çətinlik çəkir. Məqalədə qeyd olunur ki, nazirlikdə aparılan struktur dəyişiklikləri də professionallıqla icra olunmur. Hesab edilir ki, bunun səbəbi nazir Eldar Mahmudovun qeyri-peşəkarlığındadır. MTN-dəki mənbələrə istinadən məqalədə bildirilir ki, nazir peşəkar kəşfiyyatçı olmadığına görə agentura ilə davranmağın lazımi qaydalarını da bilmir. Buna görə də onun rəhbərlik etdiyi bütün əməliyyatlar agentlərin sıradan çıxarılması ilə nəticələnir.



«Yeni Azərbaycan» qəzetindəki «Yeni müxalifət formulu» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, köhnə cəbhəçi Asim Mollazadənin ayrıca müxalifətçiliyi hakimiyyət üçün heç də az təhlükəli deyil. Müəllif yazır ki, İsa Qəmbər, Rəsul Quliyev və Əli Kərimlidən fərqli olaraq cənab Mollazadə daha ciddi və hakimiyyət üçün problem yaratmaq imkanına malik siyasətçiyə və partiya sədrinə çevrilməkdədir. Məqalədə qeyd olunur ki, A.Mollazadə indiyə qədər Azərbaycanda mövcud olan müxalifətçilikdən fərqli ampulada meydana çıxıb. Fikir bununla əsaslandırılır ki, o, siyasi davakarlıqdan imtina edib, əvəzində təkamül və liberallaşma kursunu müdafiə edir.



«Bakı-Xəbər» qəzetinə müsahibəsində eks- spiker Rəsul Quliyev deyir ki, o, bu ilin sentyabrından gec olmayaraq Bakıya qayıdacaq.

ADP sədri Bakıda qohumu Almaz Quliyevanın saxlanmasına da münasibət açıqlayıb. Deyib ki, belə hərəkətlərlə Azərbaycanın indiki hökuməti daha çox özünü biabır edir. Onun fikrincə, qətllər, siyasi rəqiblərin təqib olunması Azərbaycanın beynəlxalq imicinə təsirsiz ötüşmür. Eks-spiker hesab edir ki, Azərbaycanda heç kim hakimiyyətin bu cür özbaşınalıqlarından sığorta olunmayıb. «Mən taleyimin bu zərbəsini də yaşayacağam» deyən cənab Quliyev bildirib ki, bu rüsvayçı ləkəni Azərbaycanın üzərindən silmək çətin olacaq.
XS
SM
MD
LG