Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:50

Parlament əlavə büdcə vəsaitlərinin hara xərclənəcəyini müzakirə edir


Səs: Real audio
Böyük Britaniyanın Xaricdə Ədalətli Məhkəmə Təşkilatı problem tez bir zamanda həllini tapmasa Azərbaycanla mübahisələrin yaranması üçün kifayət qədər əsaslar olacağını bildirir Ekspertlər 2005-ci ilin büdcəsində əlavə 300 milyard manat gəlirin əmələ gəlməsi və bu rəqəmin ilin sonuna 800 milyard manatı keçəcəyi fikri ilə razılaşsalar da, vəsaitin hansı sahələrin hesabına formalaşması məsələsinə birmənalı yanaşmırlar.



Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov deyir ki, proqnozlaşdırılan 800 milyard manat (təxminən 170 milyon dollar) əlavə gəlirin dünya bazarlarında neftin qiymətinin artmasına heç bir dəxli yoxdur. Bu, Azərbaycan prezidentinin yeritdiyi iqtisadi siyasətin nəticəsidir.



Həmin komissiyanın sədr müavini Əli Əlirzayevin sozlərinə görə isə, dövlət büdcəsinə toplanan həmin əlavə gəlir vergilər hesabına formalaşır.



“Şəffaf büdcə” lahihəsinin koordinatoru Azər Mehdiyev isə deyir ki, apardıqları araşdırmalar bu məsələdə neft amilinin bir başa rol oynadığını göstərir. Onun sözlərinə görə, Azərbaycan hökuməti büdcəni tərtib edərkən siyasi spekulyasiyaya yol verir. 2005-ci ilin büdcəsi layihələşdirilərkən artıq məlum idi ki, il ərzində dünya bazarlarında neftin qiyməti 50 dollardan aşağı düşməyəcək. Ancaq buna baxmayaraq, büdcədə neftin satış qiyməti 24 dollardan hesablanıb.



«Trend» informasiya agentliyinin baş direktoru İnqilab Əhmədov isə deyir ki, 170 milyon dollar böyük bir məbləğdir və bir başa da olmasa, dolayısı ilə mütləq neft amilinə söykənir.



O əlavə edir ki, əgər ən böyük vergi ödəyicisi olan Dövlət Neft Şirkəti ödəmələri bir balaca gecikdirəndə büdcədə problem yaranırsa, deməli istənilən halda artım da bu amillə bağlıdır.



Səttar Səfərov deyir ki, büdcədə toplanan əlavə gəlirin əsasən sosial məsələlərə – minimum əmək haqqının, tələbələrin təqaüdünün artırılmasına, səhiyyə və digər sahələrə yönəldilməsi nəzərdə tutulur. Komissiya sədrinin sözlərinə görə, bu vəsaitin qalan hissəsi orduya – müdafiə sistemi üzrə xərclərə və dövlət investisiya xərclərinin artırılmasına yönəlir.



Azər Mehdiyevin fikrincə isə, müəyyən qədər mübahisəli məsələ olsa da, bu vəsait əsasən müdafiə xərclərinə və ya tikintiyə yox, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməlidir.



“Şəffaf büdcə” layihəsinin koordinatoru əlavə gəlirlərin çox cüzi hissəsinin səhiyyə və təhsil üçün nəzərdə tutulmasını məqbul saymır.



İnqilab Əhmədovun fikrincə isə, əlavə gəliri tələsik sərf etmək normal iqtisadi siyasətə uyğun olmayan hərəkətdir. Hökumət bu pulları xərcləməkdə tələsməməli, əvvəl onun dəqiq təyinatını müəyyənləşdirməlidir.
XS
SM
MD
LG