Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:18

Rəsul Quliyevin qohumu iyunun 17-də dindiriləcək


Səs: Real audio
Böyük Britaniyanın Xaricdə Ədalətli Məhkəmə Təşkilatı problem tez bir zamanda həllini tapmasa Azərbaycanla mübahisələrin yaranması üçün kifayət qədər əsaslar olacağını bildirir İyunun 17-də Dövlət Gömrük Komitəsi (DGK) İstintaq İdarəsinin əməkdaşları eks-spiker Rəsul Quliyevin yaxın qohumu, Böyük Britaniya vətəndaşı Almaz Quliyevadan ifadə alacaqlar.



Məlumatı DGK-nin mətbuat xidməti verib. Xanım Quliyevanın vəkili Osman Kazımov bildirdi ki, həkimlər bu günə qədər onun dindirilməsinə icazə vermirdilər.



Bu arada Böyük Britaniyanın Xaricdə Ədalətli Məhkəmə Təşkilatının yaydığı məlumatda bildirilir ki, məsələ Azərbaycanın Böyük Britaniyadakı səfiri Rəfael İbrahimovla müzakirə edilib.



Məlumata görə, səfirlə görüşdə Avropa Parlamentinin üzvü Baronessa Sara Ludford və təşkilatın rəhbəri iştirak edib. Görüşdən sonra onlar həftənin sonunadək Almaz Quliyevanın Britaniyaya qayıtmasına icazə veriləcəyinə ümid etdiklərini bildiriblər.



Təşkilat bu məsələnin Azərbaycan - Böyük Britaniya - Avropa İttifaqı münasibətlərinə mənfi təsir etməyəcəyinə də ümidvar olduğunu vurğulayır. Amma o da qeyd edilir ki, problem tez bir zamanda həllini tapmasa Azərbaycanla mübahisələrin yaranması üçün kifayət qədər əsaslar olacaq.



Azərbaycan - İngiltərə Dostluq Qrupunun üzvü millət vəkili Hadı Rəcəbli isə deyir ki, hələlik xanım Quliyevanın vətəndaşı olduğu ölkədən qrupa müraciət edilməyib. O, belə bir müraciət olarsa, öz səlahiyyətləri çərçivəsində bu işin ədalətli araşdırılmasına çalışacaqlarını bildirir.



Eks-spiker, ADP sədri Rəsul Quliyevin yaxın qohumu, Böyük Britaniya vətəndaşı Almaz Quliyeva iyunun 3-də Bakıda H.Əliyev adına beynəlxalq hava limanında saxlanıb. Rəsmi dairələr onun çantasında odlu silah aşkarlandığını iddia edirlər. Dindirilmə zamanı xanım Quliyevanın səhhəti pisləşib və o, polis nəzarətində xastəxanaya yerləşdirilib.
XS
SM
MD
LG