Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 13:41

Azərbaycanlı hüquq müdafiəçisi Əndicandan çıxarılıb


Səs: Real audio
Eldar Zeynalov və daha üç hüquq müdafiəçisi şəhərdə baş verənlərin təhqiqatı ilə məşgul olurmuşlar İnsan Hüquqlari Uğrunda Beynəlxalq Helsinki Federasiyasının dörd üzvü bir müddət əvvəl hökumət qüvvələri ilə toqquşmalar baş vermiş Özbəkistanın Əndican şəhərindən məcburi şəkildə çıxarılıb.



Çıxarılanlar arasında azərbaycanlı hüquq müdafiəçisi – Eldar Zeynalov da olub.



Federasiyanın nümayəndəsi Mariya Kolldan aldığımız məlumata görə, polis tərəfindən dörd saat saxlanılan Eldar Zeynalov və digər hüquq müdafiəçiləri Əndicanda baş verənlərin təhqiqatı ilə məşgul olurmuşlar.



Hadisə ilə bağlı federasiyanın direktoru Aron Rods Özbəkistan hökumətinə müraciət edib. Müraciətdə hüquq müdafiəçilərinə işlərini davam etdirməyə icazə verilməsi xahiş edilir.
XS
SM
MD
LG