Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 22:03
Rubrikalar

Qazaxıstan alimləri Xəzərin ümumi neft ehtiyatlarını hesablayıblar


Səs: Real audio
Meriya aksiyaçıların qarşısında dövlət əleyhinə şüarlar səsləndirməmək şərti qoyub - Qazaxıstan rəsmiləri Bakı-Tbilisi-Ceyhan kəməri ilə ötürüləcək xam neftin həcmini müəyyənləşdirdiklərini deyirlər. Bu ölkənin energetika və təbii sərvətlər naziri Vladimir Şkolnikin sözlərinə görə, saziş imzalandıqdan sonra ildə 20 milyon ton neft Xəzər dənizi ilə kəmərə ötürüləcək. “Kazakhstan today” agentliyinin məlumatına görə, nazir Vladimir Şkolnik daşınma şərtlərinin Qazaxıstan üçün çox əlverişli olacağını da vurğulayıb.



- Agentliyin digər məlumatına görə, Qazaxıstan alimləri Xəzərin ümumi neft ehtiyatlarını da müəyyən ediblər. Onların hesablamalarına görə, bu göstərici təxminən 125 milyard barreldir. Qazaxıstan 50-60 milyard, Azərbaycan – 27 milyard, Türkmənistan – 16 milyard, Rusiya – 15 milyard, İran isə 7.5 milyard barrelin sahibidir.



- İndi də valyuta məzənnələri haqqında. Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4735, 1 avro 5722, 1 rubl isə 165 manatdır.
XS
SM
MD
LG