Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:08

Tarixi hadisələrin siyasiləşdirilməsi daim mübahisələrə səbəb olur


Səs: Real audio
Prezident İlham Əliyev ölkədəki sabitliyi pozmaq istəyənlərin cəzalanacagını deyir Tarixçilər bu fikirdədir ki, tarixdə nə baş veribsə, fakt kimi qalmalıdır, əlamətdar günlər qeyd olunmalıdır, ancaq həmin günün ömrünü xalq özü müəyyən edir. Məsələn, Sovet dövründə qeyd olunan bayramlar – 7 noyabr, 28 aprel tarixdə qalır, ancaq əvvəlki təmtəraqla qeyd olunmur.



Professor Musa Qasımlının fikrincə, Azərbaycan tarixində əhəmiyyətli günlər çoxdur, ancaq onlara yalnız obyektiv qiymət veriləndə, ümumi məxrəcə gəlmək mümkündür. Hadisələri siyasiləşdirəndə isə, fikir ayrılıqları yaranır.



Musa Qasımlının dediyinə görə, 15 iyun – Qurtuluş günü Azərbaycan xalqı üçün tarixdir, ona müxtəlif cür yanaşmaq olar, ancaq bu tarixin dəyişdirilməsi mümkün deyil.



Azərbaycan Milli Araşdırma Assosiasiyasının direktoru, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlısa Azərbaycanın müstəqillik dövründə əldə etdiyi tarixi günləri – 18 oktyabr – Müstəqillik gününü, 17 noyabr – Milli Dirçəliş gününü və ənənəvi Novruz, Ramazan bayramlarını sadalayır. Onun fikrincə, hamının dəstəklədiyi günlər qeyd olunmalıdır, xalqa zorən hansısa günü qəbul etdirmək olmaz.



Məhərrəm Zülfüqarlı deyir ki, Azərbaycan Qərb ölkələrindən nümunə götürməlidir. Belə ki, həmin ölkələrdə daha çox müqəddəs bayramlar qeyd olunur.



“Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyinin sədri Təvəkkül Rəsuloğlu orta məktəblərin tarix dərsliklərində Azərbaycanın istiqlal dövrü ilə bağlı səhifələrin lazımınca əks olunmamasından danışır. Məsələn, tarix dərsliklərində 15 iyun – Qurtuluş günü geniş işıqlandırılsa da, 18 oktyabr – Müstəqillik günü, 17 noyabr – Dirçəliş günü, 26 iyun - Ordu günüylə bağlı kiçik məlumatlar verilib.



Təvəkkül Rəsuloğlunun fikrincə, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb, belə günlərin bayram kimi qeyd olunması düzgün deyil.



Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlovsa deyir ki, 15 iyun hakimiyyətin xalqa təqdim etdiyi bayramdır, ancaq Azərbaycan xalqı 28 may – Respublika gününü lazımınca qeyd etməyə nail olandan sonra digər tarixi günlərdən danışmaq olar. Rəhman Bədəlovun fikrincə, nə vaxtsa digər bayramlar olmayacaq, çünki, tarixi bir nəfər müəyyən etmir.
XS
SM
MD
LG