Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Üfüqdə inqilab görünürmü?


Səs: Real audio
Prezident İlham Əliyev ölkədəki sabitliyi pozmaq istəyənlərin cəzalanacagını deyir “Ayna” qəzetinin şərçisi Rauf Mirqədirov deyir ki, inqilab kiminsə istəyindən yox, inqilab üçün şəraitin yaranmasından asılıdır. Leninin “Yuxarılar əvvəlki kimi idarə edə bilmir, aşağılar isə əvvəlki kimi yaşamaq istəmir” tezisini misal çəkən şərhçi hesab edir ki, ölkədə çox ciddi narazılıq var.



Gec-tez hakimiyyətdən uzaqlaşdırılacaqlarını hiss edənlərin az olmadığını düşünən Rauf Mirqədirovun sözlərinə görə, onların bir çoxu indidən müxalifətlə bu və digər dərəcədə əlaqə saxlayır.



Ekspert hesab edir ki, tərəflər seçkiyə yox, seçkidən sonrakı vəziyyətə hazırlaşırlar. Çinki, əgər hakimiyyət seçki haqqında düşünsəydi, o zaman Seçki Məcəlləsinə dəyişikliklər təklifini nəzərə alar və bununla da cəmiyyətdəki narazılıqları müəyyən qədər yumşaldardı. Bu vəziyyəti nəzərə alan müxalifət seçkiyə deyil, indidən seçkinin saxtalaşdırılacağını sübut etməyə köklənib.



Müstəqil Siyasətçilər Hərəkatının rəhbəri Qeyrət Quliyev isə deyir ki, inqilabı stimullaşdıran daha çox hakimiyyət daxilindəki qüvvələrdir. Bu qüvvələri “müharibə partiyası” adlandıran hərəkat rəhbərinin sözlərinə görə, Elmar Hüseynovun öldürülməsi həmin “partiya”nın İlham Əliyevə sonuncu xəbərdarlığıdır.
XS
SM
MD
LG