Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:57

"Microsoft" proqramlarının Azərbaycan dilinə tərcüməsi nəzərdə tululur


Səs: Real audio
Bu ilin sonunadək şirkətin Azərbaycanda nümayəndəliyi açılacaq "Microsoft" şirkəti proqramlarının Azərbaycan dilinə tərcüməsi nəzərdə tululur. Proqramların tərcüməsi ilə müqavilə əsasında «Azel» şirkəti məşğul olacaq. Şirkətin marketinq üzrə meneceri Elnara Abyasovanın dediyinə görə, ilk növbədə Microsoft Windows XP əməliyyat sistemi tərcümə olunmağa başlanacaq.



Proqramların satışı ilə isə ilin sonunadək Azərbaycanda açılacaq "Microsoft"-un nümayəndəliyi məşğul olacaq.



Proqramların tərcüməsi istifadəçilərin işini yüngülləşdirəcək.



Kompüter texnologiyaları ilə məşğul olan RİSK şirkətinin sistem təhlilçisi Vüqar Miriyev istifadəçilərin 95 faizinini "Microsoft"-un proqramlarından istifadə etdiyini deyir.



Windows XP proqramından sonra ofis proqramları olan Word və Excel-in tərcümə olunacağı nəzərdə tutulur.



Elekrton məktubların Azərbaycan dilində göndərilməsi və bank sektoru proqramlarının da tərcüməsi gözlənilir.
XS
SM
MD
LG